Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib. Onu Təhsil Nazirliyinin xətti ilə keçirilən tədbirlərdən, təqdimatlardan, görüşlərdən tanıyıram.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Qeyd edib ki, yeni nazir sadə, yenilikçi, səmimi bir gəncdir.
“Təqdimatlarında xarici ölkələrin təhsil sahəsindəki qabaqcıl təcrübələrinə daima istinad edir, Azərbaycanın uğurlarını göstərməyi bacarırdı. Emin Əmirullayevi təyinatı münasibəti ilə təbrik edir, ona uğurlar arzu edirəm”-deyə, o, əlavə edib.
Etikxeber.az