Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hesab edirəm ki, sadəcə, bir feyk xəbər ortaya buraxılıb. Onun heç bir əsası yoxdur. Bildirirlər ki, guya növbəti dəfə növbədənkənar, fövqəladə sessiya çağırılıb. Hansı ki, növbədənkənar sessiya hələ başa çatmayıb və iyul ayında daha iki yeni iclasımızın olması gözlənilir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
“Biz də bilirik ki, əvvəllər belə olmurdu, ilk dəfədir ki, növbədənkənar sessiya iki ay davam edir. İş burasındadır ki, həmişə nəsə birinci dəfə olub, bu dəfə deputatlar hesab etdilər ki, bu gün qovluğumuzda müzakirə ediləcək xeyli məsələlər var və u baxımdan, yay tətilində sessiyada iştirak etmək lazımdır”-deyən millət vəkili bu ay keçiriləcək iki iclasda da hansısa bir qeyri-adi müzakirə olmasını gözləmir.
“Bununla bağlı ortada yayılan hansısa bir tapşırıq, qadağa söhbətinin də heç bir əsası yoxdur. Parlament öz fəaliyyətini davam etdirir. Gələn ilin noyabr ayında Konstitusiyaya görə, növbəti parlament seçkiləri keçiriləcək və sentyabr ayından isə deputatlar payız sessiyasında öz fəaliyyətlərinə davam edəcək”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az