ŞAD xəbər: Dövlət tərəfindən təhsil kreditlərinin tətbiq olunması məsələsinin həlli gözlənilir

“Azərbaycanda bu ilin sonuna kimi ödənişli ixtisaslarla təhsil alan vətəndaşlar üçün dövlət tərəfindən təhsil kreditlərinin tətbiq olunması məsələsinin həlli gözlənilir“.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib. O, bildirib ki, bu məsələ ya “Təhsil haqqında” qanuna əlavələr formasında, yaxud da təhsil kreditləri ilə bağlı ayrıca qanun şəklində gerçəkləşəcək: “Bu gün təhsil kreditlərinin tətbiqi üçün zəruri ehtiyac var və bunun üçün Maliyyə Nazirliyi tərəfindən müəyyən işlər də görülüb. Ona görə də biz bu işi gecikdirməməyi düşünürük”.

Etikxeber.az

 

Read Previous

Azərbaycanda 1984 inzabi ərazi vahidinin ən azı 700-də ərazi mübahisəsi var – Milli Məclis

Read Next

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir