Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI

Yubileyiniz və “Şöhrət”iniz mübarək, Siyavuş Novruzov!

Müstəqilliyimiz bizim ən böyük nemətimiz, ən böyük nailiyyətimizdir.

20-ci əsrdə ikinci dəfə müstəqillik əldə etmək, onu qoruyub, saxlamaq, ilk müstəqil Cümhuriyyətimizin, Azərbaycan Xalq Cümhuriyyətinin acı sonluğunu yaşamamaq heç də asan başa gəlmədi. Həm ikinci istiqlalımızın əldə edilməsi, qazanılması, həm də onun qorunub, yaşadılması üçün növbəti dəfə böyük ağrılardan, acılardan, əzab-əziyyətlərdən, qanlardan keçilməli oldu, müstəqilliyimiz qanlar, canlar, müqəddəs şəhidlərimiz hesabına qazanıldı.

Çox təəssüflər olsun ki, xarici və daxili şərtlər səbəbindən müstəqilliyimizin ilk illərində ikinci istiqlalımızı da itirmək, yenidən bölünmək, parçalanmaq təhlükəsi qarşısında qalındı. Ancaq Böyük Yaradanın lütfü və müdrik xalıqımızın son dərəcədə düzgün qərarı, seçimi nəticəsində bu təhlükəni də aşmaq mümkün oldu. 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə koordinasiyalı şəkildə, simbioz halında fəaliyyət göstərən daxili və xarici anti-Azərbaycan qüvvələrin bütün arzuları gözlərində qoyuldu, bütün məkrli planları suya düşürüldü. Azərbaycanımız ikinci müstəqillliyində yeni mərhələyə, sabitlik, inkişaf və tərəqqi mərhələsinə qədəmlərini atdı.

Təbii ki, bütün bu işlərin görülməsində, uğur və nailiyyətlərin qazanılmasında, maneələrin aşılmasında, dəf edilməsində məhz Azərbaycan xalıqının özünün köksündən yaranmış Yeni Azərbaycan Partiyasının (YAP) və onun fədakar qurucularının, yaradıcılarının, tərəfdarlarının da böyük və əvəzsiz xidmətləri oldu və var. Bu xidmətlər də daim Ümummmilli Liderimizin və onun siyasətinin layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin dilindən böyük ehtiramlılıqla, minnətdarlıq hissi ilə səsləndirilib.Hər iki müdrik siyasətçi və dövlət lideri YAP-ın, onun üzvlərinin fədakarlıqlarını, Azərbaycan naminə həyatlarını risqə atmalarını daim qeyd edib, vurğulayıblar.

siyaqus

YAP-ın yaranmasında, o cümlədən, Heydər Əliyevin rəhbərliyiyi ilə müstəqil Azərbaycan dövlətinin quruculuğunda və inkişafında əvəzsiz xidmətləri olan insanlardan, siyasətçilərdən biri də deputat həmkarımız, Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, hakim partiyanın İcra katibinin müavini Siyavuş Novruzovdur. Hələ gənc yaşlarından, tələbəlik illərindən Azərbaycanda baş qaldıran xalq hərəkatına qoşulan, onun fəallarından olan Siyavuş müəllim qısa müddət ərzində özünün nüfuzu, bacarığı ilə seçilib, fərqlənib. Eyni zamanda, keçmiş iqtidarların dövrlərində-Ulu Öndərin adını çəkmək belə qorxulu, təhlükəli olduğu illərdə heç nədən qorxub, çəkinmədən Heydər Əliyevin müdafiəsinə qalxalardan, Əliyevçilərdən biri və birincilərdən olub.

Bununla yanaşı, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş əsl XALQ partiyasının-YAP-ın yaradılması, formalaşdırılmasında fəal iştirakçılardan biri kimi tanınıb. Təbii ki, onun  bu fəaliyyəti, xidmətləri də gözdən yayınmayıb, Siyavuş müəllim gənc yaşlarında artıq hakim partiyaya çevrilən YAP-ın rəhbərliyinə irəli çəkilib. YAP Gənclər Birliyinin sədri, partiyanın təşkilat şöbəsinin müdiri və 1999-cu ildə yeni yaradılmış İcra Kaibliyində müavin vəzifəsinə seçilib. Artıq 20 ildir ki, bu vəzifəsini də çox layiqli şəkildə yerinə yetitir.

Siyavuş müəllim eyni zamanda artıq 19 ilə yaxındır ki, hakim partiyanı parlamentdə, MM-də təmsil edir. O, ikinci, üçüncü, dördüncü və beşinci çağırış MM-ə seçkilərdə xalqın etimadını alaraq, deputat-millət vəkili mandatını daşıyır. 5-ci çağırış parlament seçkilərindən sonra həm də MM-in rəhbərliyində təmsil olunur, parlamentin ən fəal komitələrindən biri olan Dini qurumlar və ictimai birliklər komitəsinə rəhbərlik edir. Siyavuş müəllim bu illər ərzində də həm siyasətçi, həm millət vəkili kimi özünün fəallığı, işgüzarlığı, bacarığı ilə seçilib.

O, ölkəmizlə, inkişafımızla, tərəqqimizlə bağlı, o cümlədən, inkişafımıza maneçilik törədən məqamlarla əlaqədar elə bir məsələ olmayıb ki, hamıdan öncə ona öz mövqeyini bildirməsin, dövlətçiliyimizə, ölkəmizin inkişafına və quruculuğuna töhfə verən təkliflərlə çıxış etməmiş olsun. Artıq 4 ilə yaxındır ki, millət vəkili mən də Siyavuş müəlimlə bir orqanda, MM-də təmsil olunuram və hər dəfə  də canlı şahidiyəm ki, o bütün məsələlərə öz fikrini bildirir, çox əhəmiyyətli və maraqlı təkliflərlə çıxış edir.

Siyavuş müəllim ən böyük xidmətlərindən və üstünlüklərindən biri də odur ki, o, Azərbaycan dövləti və dövlətçiliyinə, bu dövləti qurub, yaradan Ümummilli liderimizə və hazırda Azərbaycan naminə yorulmadan fəaliyyət göstərən ölkə prezidenti cənab İlham Əliyevə ən sadiq, ən sədaqətli insanlardandır. Siyasətdə, dövlətçilikdə, ümümən bütün münasibətlər sistemində sadiqlik və sədaqətlilik ən mühüm məqamlardan, keyfiyyətlərdən, başlıca nüanslardandır. Odur  ki, Siyavuş müəllim də ötən illər ərzindəki fəaliyyətində, çalışmalarında məhz bu ali, yüksək keyfiyyətləri ilə seçilib, fərqlənib.

Bu gün Siyavuş müəllim həyatında ən əlamətdar günlərdəndir. Bu dəyərli insanın, ictimai-siyasi xadimin yubiley doğum günüdür. Onun 50 yaşı tamam olur. Çox sevindirici haldır ki, Siyavuş müəllimin 50 illik yubileyi ilə bağlı ölkə prezidenti cənab İlham Əliyev onu Azərbaycanımızın ən yüksək ordenlərindən biri-“Şöhrət” ordenti ilə təltif etdi.

Həm “Şöhrət” ordeni ilə təltif olunması, həm də 50 illik yubileyi ilə bağlı çox hörmətli Siyavuş müəllimi ürəkdən, səmimi qəlbdən təbrik edir, ona sağlıqlı uzun ömür,  yorulmaz ictimai-siyasi fəaliyyətində, şəxsi-ailə həyatında növbəti böyük uğurlar, nailiyətlə arzulayıram.

Yubiley doğum gününüz, “Şöhrət”iniz mübarək olsun, Siyavuş müəllim!

Dərin hötmətlə,

Eldəniz Səlimov,

YAP üzvü, millət vəkili

 

Read Previous

50 yaşlı Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olundu – SƏRƏNCAM

Read Next

Bu klub heyətinə daha bir futbolçu cəlb etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir