SADİQ XAN: “London polisi məscidlərin mühafizəsini gücləndirəcək”

Böyük Britaniyanın paytaxtında dünən gecə saatlarında müsəlmanlara hücumdan sonra London məscidləri gücləndirilmiş mühafizə altına alınacaq.

Etikxeber.az Türkiyə mediasına istinadla xəbər verir ki, bunu şəhərin meri Sadiq Xan bildirib.

Xatırladaq ki, iyunun 19-na keçən gecə Londonun şimalında sürücü avtomobili məsciddən qayıdan insanların üzərinə sürüb. Hücum nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb. Xəsarət alanların 8-i xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar 47 yaşlı ingilis saxlanılıb.

Böyük Britaniyanın daxili işlər naziri Amber Radd hadisənin mümkün terror aktı kimi təhqiq olunduğunu deyib.

Qeyd edək ki, bu hücum son üç ay yarımda Böyük Britaniyada baş verən dördüncü terror aktıdır. İyunun 3-də bıçaqla silahlanmış 3 nəfər London körpüsündə avtomobili insanların üzərinə sürüb, sonra isə ətrafdakı adamlara bıçaqla hücum edib. Hadisə nəticəsində 7 nəfər həlak olub, canilər öldürülüb. Mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin konsertindən sonra partlayış törədilib. Hadisə nəticəsində 22 nəfər, o cümlədən 12 uşaq həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Martın 22-də London şəhərində 5 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən terror aktı baş verib. Sürücü avtomobilini “Vestminster” körpüsünün üstündəki piyadaların üzərinə sürüb, sonra isə parlament binasının önündə bir polisə ölümcül xəsarət yetirib.

Etikxeber.az

Read Previous

Fazil Mustafa “Qudurublar!” sözünə görə Nigar Camalı tənqid etdi

Read Next

“Bu adamın görəsən. “RABİA” nə demək olduğundan bir anlayışı varmı?” – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir