“Sağ olsunlar,amma bəsitliyə yol veriblər…” – AKADEMİK-YENİLƏNİB-(1)

Milli Məclisin (MM) mayın 1-də keçirilən növbəti iclası başlayan kimi maraqlı hadisə yaşanıb. 

Etikxeber.az xəbər verir ki, spiker Oqtay Əsədov deputatları qeydiyyatdan keçməyə və gündəliyi təsdiqləməyə çağırıb.

Bu zaman deputatlardan 10 nəfəri düyməni səhv basaraq, gündəliyin əleyhinə səs veriblər. Bu, spikerin maraqlı reaksiyasına səbəb olub və gülərək deputatları yenidən səsverməyə çağırıb.

Sonra gündəlik səsə qoyularaq qəbul edilib.

***

Gündəliyin ilk məsələsi kimi MM-in komitələrində boş qalan yerlərə yeni üzvlər seçilib. 

Yəni, MM-in daxili nizamnaməsinə görə, deputatlar Azər BadamovEldəniz Səlimov Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmov isə Mədəniyyət komitəsinin üzvü seçiliblər.

***

rafael-baba

Rafael Hüseynov: “Himinimizdəki xəta aradan qaldırılmalıdır”

Daha sonra “Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Dövlət Gerbinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. 

Hər üç sənəd barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, bu dəyişikliklər mühümdür, çünki Konstitusiya qanunları ilə tənzimlənir.

Belə ki, “Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklikdə göstərilir ki, Dövlət Bayrağı ölçüsündən asılı olmayaraq onun bu təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir. Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər katoloqunun Pantonu 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032 C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilməlidir.

Dövlət Gerbinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklikdə isə qeyd olunur ki, Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırımzıı rənginin “panton” rənglər katalqounun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızıklı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilməlidir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik  Rafael Hüseynov hər üç qanun layihəsi haqqında fikirlərini bölüşüb. O qeyd edib ki,  gerbə, himnə və bayrağa yenidən qayıdılmalı və komissiya yaradılmalıdır:

“Himnimizdə “hüququndan keçən əsgər” sözü 1918- ci ilə olan variantda olmayıb. Bu, 1992- ci ildə Xalq Cəbhəsinin dövründə edilib. Düzdür, onlar dəyərlərimizi yüksəkliyə qaldırmaq istəyiblər, sağolsunlar , amma bəsitliyə yol veriblər. Biz də bu günə kimi bunu  bu cür oxuyuruq. Ona görə də bu xəta aradan qaldırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bəzi təhsil işçilərinə verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib

Read Next

Hərbi vəziyyətlə bağlı aktlara dəyişiklik edildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir