Sagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq-RƏSMİ

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Təhsil Nazirliyindən Etikxeber.az-a verilən xəbərə görə, portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar saat 18:00-dək davam edəcək.

Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

“Dedi ki, “komandir, onsuz da yuxudan doymaq olmur, yorğun deyiləm, bir azdan yataram”…”-FƏRƏC KƏRİMLİ ŞƏHİD RAMİN NURƏHMƏDOVDAN YAZDI

Read Next

“Qarabağ Dirçəliş Fondu” yaradıldı və Fondun Müşahidə Şurasının-TƏRKİBİ MÜƏYYƏNLƏŞDİRİLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir