“Sağlam düşüncəylə, soyuq başla hərəkət edək…”-JALƏ ƏLİYEVA

Cənab Prezident növbəti dəfə böyük bir humanizm göstərərək, bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi.Ölkə rəhbərindən daha bir nümunəvi addım! Bütün dünyanı bürüyən bu bəladan bəşəriyyəti, ölkəmizi, valideynlərimizi, övladlarımızı qoruya bilmək üçün hamımız bir araya gələk!

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

“Yardım edək! Qaydalara əməl edək! Təcili olmadıqca küçələrə çıxmayaq! Yaxından təması maksimum azaldaq!”-deyən J. Əliyeva bildirib ki, ən əsası panikaya qapılmayaq, yalanlara uymayaq.

“Sağlam düşüncəylə, soyuq başla hərəkət edək! Unutmayaq-dövlətimizin verdiyi və verəcəyi qərarlar hamımızın xilası üçündür”-deyən J. Əliyeva eyni zamanda, MM-in ölkə Prezidentinin təşəbbüsünə qoşulduğunu bildirib və qeyd edib ki, parlamentin rəhbərliyi, komitələr, parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq əməkhaqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər.

Etikxeber.az

Read Previous

“İlk maaşımı bütövlükdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyəm, bu, insanlıq, vətəndaşlıq borcumdur” – ELDAR İBRAHİMOV

Read Next

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial xidmətlər göstəriləcək – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir