“Sahə həkimləri ailə həkimini əvəz etmir…Ona görə bizdə ailə həkimi institutuna və bu yöndə ayrıca qanuna ehtiyac var”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Ailə həkimi ilə bağlı qanun layihəsinin müzakirəsinə və sonda qəbuluna ehtiyac var. Bu, heç də o demək deyil ki, bu il-bu payız sessiyasında olsun, amma gələcəkdə ailə həkimi institutunun yaranması ilə bağlı bir qanun layihəsi lazımdır. Çünki bir halda ki, biz icbari tibbi sığortaya keçmişik, o zaman ailə həkimi institutu yaranmalıdır. Elə dünyanın icbari tibbi sığorta sahəsində müsbət təcrübə qazanan ölkələrin hamısında ailə həkimi institutu var.

Bunu Etikxeber.az-a özəl açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Eldəniz Səlimov deyib.

Xatırladıb ki, bizdə sovet vaxtı ailə həkimi institutunu belə demək mümkünsə, sahə həkimləri görürdü, icra edirdi. Amma əslində o sahə həkimləri ailə həkimini əvəz etmir.

“Məsələn, bu gün qardaş Türkiyə dünyada icbari tibbi sığorta, tibbi xidmətin təşkili, əhaliyə tibb xidməti göstərməsi ilə bağlı dünyanın birinci ölkələri arasındadır və bu ölkədə də ailə həkimi institutu çox yüksək səviyyədə qurulub. Eləcə də, baltik ölkələrinə baxsaq həmin mənzərəni görərik, digər ölkələrdə də belədir. Ailə həkimi ilə bağlı artıq Azərbaycan Dövlət Tibb Universitetində kafedra var. Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra var. Vaxtilə Dünya Bankı da Azərbaycan hökuməti, Səhiyyə Nazirliyi ilə birlikdə ailə həkiminin yetişdirilməsi üçün üç rayonda pilot layihə həyata keçirdi və sairə. Yəni, biz gözləməməliyik ki, icbari tibbi sığorta tam həyata keçirilsin, yalnız bundan sonra “Ailə həkimi haqqında” qanun qəbul olunsun. Hesab edirəm ki, bunlar paralel olmalıdır”-deyə, komitə sədrinin müavini sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dini etiqad azadlığı haqqında” qanunla bağlı təkliflər müzakirə mərhələsindədir”-MÜBARİZ QURBANLI – (ÖZƏL) – FOTO

Read Next

“Yalnız belə olan halda, virusa qalib gəlmək mümkündür…”-ANAR MƏMMƏDOVUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir