Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Görüşlərimiz davam edir. Şəmkirin, Seçki Dairəsinə daxil olan Çinarlı qəsəbəsində seçicilərimizlə görüşdük, onların dəstəyini, xeyir-duasını aldıq.
Etikxeber.az xəbər verir ki, bunu Şəmkirdən 3-cü dəfə deputatlığa namizəd, BSU-nun prorektoru, professor, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.
“Xoş münasibətə, haqqımızda söylənilən gözəl fikirlərə görə hər birinizə minnətdaram, dəyərli Çinarlı sakinləri!”-deyə, o, əlavə edib.
Qeyd edək ki, S. Qafarova Şəmkiri 4-cü çağırışdan, 2010-cu ildən parlamentdə təmsil edir.
***
Deputatlığa namizəd həmçinin, rayonun “Morul” addlanan hissəsində seçicilər, sakinlərlə görüşüb və bunları qeyd edib:
“Şəmkir rayonunun Morul adlanan hissəsində seçicilərimizlə növbəti görüşlərimizi seçirdik və çox xoş təəssüratla ayrıldıq. Onları seçkilərə, partiyamızın namizədlərinə səs verməyə səslədik. Söz verdilər ki, fevralın 9-da da öz seçimlərinə sadiq qalacaqlar! Bir daha hər birinizə təşəkkür edirəm!”
Etikxeber.az