Sahibə Qafarova və Rafael Hüseynov AŞPA-nın komitə iclaslarına qatılacaq – FOTOLAR

Milli Məclisin deputatları Rafael Hüseynov və Sahibə Qafarova isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak edəcəklər.

Etikxeber.az-ın məlumatına görə, MM-in Mədəniyyət komitəsinin sədri R. Hüseynov AŞPA-nın Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfərə gedəcək.

Tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn-media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq. Səfər dekabrın 11-də başa çatacaq.

Dekabrın 6-7-də Parisdə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin iclaslarında deputat S. Qafarova iştirak edəcək.

İclaslarda internetdə nifrətin və ayrı-seçkiliyin qarşısının alınması, dini azlıqlarda uşaq və ailə hüquqlarının qorunması, əlil şəxslərin siyasi hüquqları, miqrantlar problemi, qaçqınların sığındıqları ölkələrə inteqrasiyası, Fələstinin Qəzza şəhərində humanitar böhran, Yunanıstanda qaçqınlar problemi, 2017-ci ildə görüləcək işlər və digər mövzularda müzakirələr aparılacaq.

Səfər dekabrın 10-da başa çatacaq.

sahiba-qafarovarafael-yeni

Etikxeber.az

Read Previous

Mərkəzi Bank depozit hərracında 55 milyon manat cəlb etdi

Read Next

Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir