Sahibə Qafarovadan radikal addım-MM-İN APARATINDA VƏ İŞLƏR İDARƏSİNDƏ İSLAHATLARA QƏRAR VERİLDİ

Milli Məclisin (MM) Mətbuat Xidməti parlament Aparatında və İşlər İdarəsində struktur islahatları aparılması barədə açıqlama yayıb.

Etikxeber.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, MM-in fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün MM Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var.

“Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə MM buraxılıb, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il martın 10-da altıncı çağırış MM-in ilk iclasındakı çıxışında dediyi kimi, “bütövlükdə seçki prosesi həm uğurla keçib, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib”.

Azərbaycan xalqının, bütövlükdə cəmiyyətin və seçicilərin gözləntilərini doğrultmaq məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin işinin müasir standartlara uyğun yenidən təşkil edilməsi və bununla bağlı struktur islahatlarının həyata keçirilməsi, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin edilməsi dövrün zərurətinə çevrilib.

Bunları nəzərə alaraq, MM-in Sədri MM-in Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam qəbul edib.

Etikxeber.az

Read Previous

“Şəhidimiz Dəmirli Hüseyn, Novruzov Fərahim və Məmmədov Muradın valideynlərinə zəng edərək, onlara bir daha səbr dilədim…”-DEPUTAT

Read Next

“Bu çətin dövrün bitəcəyi gün uzaqda deyil və…”-YENİ MİLLƏT VƏKİLİ SOLTAN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir