Sahibə Qafarova çinarlılara-TƏŞƏKKÜR ETDİ, “MORUL”DA OLDU – FOTOLAR – YENİLƏNİB

Görüşlərimiz davam edir. Şəmkirin, Seçki Dairəsinə daxil olan Çinarlı qəsəbəsində seçicilərimizlə görüşdük, onların dəstəyini, xeyir-duasını aldıq.

Etikxeber.az xəbər verir ki, bunu Şəmkirdən 3-cü dəfə deputatlığa namizəd, BSU-nun prorektoru, professor, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

“Xoş münasibətə, haqqımızda söylənilən gözəl fikirlərə görə hər birinizə minnətdaram, dəyərli Çinarlı sakinləri!”-deyə, o, əlavə edib.

Qeyd edək ki, S. Qafarova Şəmkiri 4-cü çağırışdan, 2010-cu ildən parlamentdə təmsil edir.

***

Deputatlığa namizəd həmçinin, rayonun “Morul” addlanan hissəsində seçicilər, sakinlərlə görüşüb və bunları qeyd edib:

“Şəmkir rayonunun Morul adlanan hissəsində seçicilərimizlə növbəti görüşlərimizi seçirdik və çox xoş təəssüratla ayrıldıq. Onları seçkilərə, partiyamızın namizədlərinə səs verməyə səslədik. Söz verdilər ki, fevralın 9-da da öz seçimlərinə sadiq qalacaqlar! Bir daha hər birinizə təşəkkür edirəm!”

Etikxeber.az

Read Previous

Prezident 90 yaşlı Xalq artistini-TƏLTİF ETDİ – SƏRƏNCAM

Read Next

Zahid Orucun növbəti görüşləri də-UĞURLU ALINDI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir