Sahibə Qafarova, Kamilə Əliyeva və Qənirə Paşayeva – NÖVBƏTİ GÖRÜŞLƏRDƏ – FOTOLAR

Millət vəkilləri, deputatlığa namizədlər-Kamilə Əliyeva, Sahibə Qafarova və Qənirə Paşayevanın seçicilərlə görüşləri davam edir.

Etikxeber.az-ın xəbərinə görə, K. Əliyeva 111 saylı Zaqtala-Balakən, S. Qafarova 98 saylı Şəmkir şəhər , Q. Paşayeva isə 105 saylı Tovuz Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəddirlər.

K. Əliyeva və S.Qafarova 3-cü, Q. Paşayeva 4-cü dəfə seçkilərə qatlıb.

K. Əliyeva biologiya, S. Qafarova filologiya, Q. Paşayeva siyasi elmlər doktorudur.

Hər 3-ü də fəal millət vəkillərindəndir.

Sahibə Qafarova: “Şəmkir şəhərində Həsənovlar ailəsinin qonağı olduq. Bu gözəl ailənin sözün həqiqi mənasında zəngin mədəniyyətə, yüksək səmimiyyətə malik olan hər bir üzvü ilə tanış olmaq olduqca xoş oldu. Həsənovlar ailəsinin timsalında hər bir ailəyə, hər bir vətəndaşa və seçicilərimizə cansağlığı, səadət və uğurlar arzuladıq. Onlar da söz verdilər ki, 9 fevralda seçki məntəqələrinə gedərək bizim namizədliyimizi dəstəkləyəcəklər…”.

Qənirə Paşayeva: “Əziz Əyyublu kəndimizdə dəyərli ağsaqqallarımızdan Niyaz dayının gözəl ailəsini ziyarət etdik, yenə də xeyir-dualarını aldıq. Dəyərli ağsaqqalımız Niyaz dayıya və gözəl ailəsinə dəstəkləri üçün bir daha minnətdarlığımı bildirirəm. Yaradan bu dəyərli ailəyə hər zaman gözəl günlər görməyi nəsib etsin. Əyyublu kəndimizdə dəyərli müəllimlərimizdən və ziyalılarımızdan biri, rəhmətlik atamın əziz dostu Viktor müəllimin ailəsini ziyarət etdik. Allah hər zaman bu gözəl ailəmizə yardımçı olsun!”

Millət vəkillərinin son görüşlərindən fotoları təqdim edirik:

Etikxeber.az

Read Previous

“Hamının qapısını döydüm və…” – AFƏT TELMANQIZI – FOTOLAR

Read Next

Temperatur düşəcək, qar, sulu qar yağacaq – XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir