Sahibə Qafarova və Elşad Həsənov AŞPA-nın komitə iclaslarına qatılacaqlar

Milli Məclisin (MM) üzvü Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 6-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaq.

Bu barədə Etikxeber.az-a MM-in mətbuat xidmətindən məlumat verilib.

Deputat iclasda çıxış edəcək, mövzu ilə bağlı fikirlərini səsləndirəcək.

S. Qafarova iyunun 6-dan 8-dək isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək.

SAHİBAAAA

elsad-elsad-aspa

Həmçinin, deputat Elşad Həsənov AŞPA-nın Prosedur qaydaları komitəsinin iclasında iştirak etmək üçün iyunun 2-dən 4-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

O, komitədə qaldırılan məsələlərə münasibətini bildirəcək.

Etikxeber.az

Read Previous

Millət vəkilindən Şəhid zabitlə bağlı Minsk qrupuna sərt – İTTİHAM

Read Next

“Həkimlərə qarşı tələbkarlıq artacaq…” – BAŞ NAZİRİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir