Sahib Alıyev: “Rusiyanın regionun lider dövləti olan Azərbaycanı özündən narazı salması lazımdırmı?”

KTMT-nin baş katibi vəzifəsində Nikolay Bordyujanı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əvəzləyəcəyi haqda xəbərlər həqiqəti əks etdirə bilməz. O sadə səbəbdən ki, Ohanyanın Xocalı soyqırımını törədənlərdən biri olduğu kimsəyə sirr deyil. Və o da sirr deyil ki, o bu vəhşiliyi sovet ordusunun 366-cı alayı ilə birgə və onun mayoru olaraq törədib“.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.
“Fikir verirsinizsə, biz də, rəsmi Moskva da 366-cı alayın bəlli vəhşliyindən söz düşərkən onu rus ordusu deyil, sovet ordusu kimi təqdim edirik. Yəni, bununla edilən vəhşiliyə görə indiki Rusiya dövlətinin sorumluluq daşımadığını vurğulamış oluruq”-deyən millət vəkilinin sözlərə görə,  ancaq Ohanyanın KTMT-nin başına gətirilməsi artıq 366-cı alayın törətdiyi Xocalı facisəinə indiki Rusiya dövlətinin də şərik çıxması, onun sorumluluğunu öz üzərinə götürməsi demək olardı:

Rusiya buna gedərmi, həm də indki dönəmdə ona regionun lider dövləti olan Azərbaycanı özündən narazı salmaq lazımdırmı, məncə yox“.

Etikxeber.az

Read Previous

“Qəzvin-Rəşt dəmir yolu Astara şəhərinə qədər uzanacaq”- Səfir

Read Next

Əliyevdən Sarkisyana tərs sillə: “Mən yalana artıq cavab verdim”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir