Sahibkarlıq fəaliyyəti 4 subyektə bölünür…

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsünün aparılması ilə bağlı məsələ Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsinin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

Layihə səsə qoyularaq qəbul edilib.

KAMİL

Etikxeber.az

Read Previous

“…Bu insan respublikamıza hansı səbəbdən və hansı niyyətlə gəlir…” – ELMİRA AXUNDOVA

Read Next

“Bu, yollarda təhlükənin və qəzaların azalmasına xidmət etməlidir…” – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir