Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır-DƏYİŞİKLİK

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır.

Etikxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan yoxlamalar) istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb.

Qanun layihəsi həmin müddətin daha bir il müddətinə (2024-cü il yanvarın 1-dək) uzadılmasını nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Daha 39 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir