Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” mövcud qanun dəyişdirilir.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Ölkə prezidentinin təqdimatı ilə parlamentə, sözügedən komitəyə daxil olan qanun layihəsində qeyd olunur ki, mövcud qanunun 2.2-ci maddəsindəki “vergi yoxlamalarına” sözlərindən sonra “tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara” sözləri əlavə edilsin.
Həmçinin, 10.3-cü maddədəki “sahəsində” sözünün “ yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağı-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəklərində” sözləri əvəzlənməsi təklif edilir.
Qeyd hissəsində isə göstərilir ki, qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağı-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.
Belə ki, adıçəkilən qanuna əsasən ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-dək dayandırılıb.
Lakin insanların həyat həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.
***
Millət vəkili Vahid Əhmədov qanun layihəsinin müzakirəsi zamanı sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlamalara qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılmasına sərt etirazını bildirib:
“Məhdudiyyətlər niyə aradan götürülməlidir, yoxlamalar nəyə lazımdır? Bunu hansısa nazir gətirib soxuşdurub… Biz indi niyə ona razılıq verməliyik? Biz Milli Məclisin deputatlarıyıq, özümüz qərar verməlyik, kiminsə arzusu ilə yox…”.
***
MM-in şöbə müdiri millət vəkilinin etirazına nə cavab verdi?
Parlamentin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov da öz növbəsində millət vəkilinin sahibkarlıqla bağlı yoxlamalara tətbiq edilən mərhudiyyətlərin aradan qaldırılması ilə əlaqədar etirazına cavab verib. M. Bazıqovun bildirdiyinə görə, əvvəla, yoxlamaların risk səviyyəsinə uyğun olaraq keçirilmə dövriliyi müəyyən olunur.
“Bildiyiniz kimi, 2021-ci il yanvar ayının 1-nə kimi bütün yoxlamalar dayandırılıb, yalnız müstəsna hallarda yoxlamalar aparıla bilir. Biz zaman-zaman bu yoxlamaların siyahısını genişləndiririk. Buraya təklif olunur hazırda yanğın nəzarəti, tikintidə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsinə nəzarət sahəsində yoxlamalar da həyata keçirilə bilsin. Eyni zamanda, bu yoxlamaların risk səviyyəsinə uyğun olaraq keçirilmə dövriliyi müəyyən olunur. Xüsusilə qeyd etmək lazımdır ki, çoxmənzilli binaların istismarı ilə bağlı fərman tələb edir ki, FHN müvafiq qurumları yoxlamaları həyata keçirə bilsinlər. Əks halda həmin binaların istismarı ilə bağlı müəyyən çətinlik yarana bilər. V.Əhmədovun dediyi ondan ibarətdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar yəni – vergi yoxlamaları, tikintiyə dövlət nəzarəti həyata keçirilməsi ilə əlaqədar yoxlamalar, maliyyə sahəsindəki yoxlamalara bu qanun şamil olunmayacaq” – deyə, M.Bazıqov əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az