Şahinin Şahin övladı-ŞAHLAR ƏLİYEV!

Qədim atalar məsəlimizdə deyildiyi kimi, ot kökü üstə bitər…

Bəli, Şahlar Şahin oğlu Əliyev də məhz bu məsəli, el deyimini öz əməlləri ilə doğruldan, gerçək edən oğullardan, övladlardandır…

Atası Şahin kişi Birinci Qarabağ Savaşının Şahinlərindən, Dastan yazan İgidlərindəndir…

Birinci Vətən Müharibəsinin ilk günündən ta son gününə, xüsusilə, 1992-ci ildən 1994-cü ilə, atəşkəsə kimi, cəbhənin ən ağır, ən qaynar, odlu-alovlu bölgələrində öz əsgərləri, öz şahinləri ilə Vətənin keşiyində dayanıb…

Üzü Goranboydan Tərtərə, Ağdərəyə, Xankəndinin 7 kilometrliyinəcən…hər bir qarışda, Vətən torpağında onun xidmətləri, ayaq izləri var…

1992-ci ildə Goranboyun Şaumyankənd (indiki Ağcakənd) adlanan böyük bir hissəsinin, Ağdərənin və onun kəndlərinin işğaldan azad edilməsində birbaşa iştirak edib, xüsusi xidmətləri olub…

Artıq ömrünün 62-ci ilini qürurla, şərəflə yaşayan Şahinin Şahinliyi, Qəhrəmanlığı bu gün də dillərə Dastandır…

Birinci Qarabağ Savaşından söz, söhbət düşəndə hər kəs Şahinin İgidliyindən, Qəhrəmanlığından, əsl Komandir olmasından danışır…

Bəli, belə bir Kişininin də Şahlar kimi Ürəkli, İgid, Qoxmaz, Cəsur oğlu, ovladı olmalıydı…

O da atası kimi, taleyini, həyatını hərblə, orduyla bağlayıb…

2014-cü ildən bu yana düz 7 ildir ki, MAXE kimi orduda çalışır, rütbəcə də çavuşdur…

2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub…

İkinci Vətən Müharibəsinin ilik günündən də müharibədə olub, iştirak edib, onlarla yaralı əsgəri, hərbçini ölümdən qurtarıb, onların daşıyıb, həyatlarını xilas edib…

Özünü düşünmədən, öz həyatını dəfələrlə risq, təhlükə altına atması hesabına…

Döyüş yolu Talış-Suqovuşandan başlayıb, sonra Qubadlı-Laçın istiqamətinə göndərilib…

Hazırda da Laçında, ən ön xətdə, Vətənin keşiyindədir…

İgidimiz həm də ailəli, 3 övlad atasıdır…

Övladlarını da özü kimi, vətənpərvərlik, Vətənə məhəbbət, Torpağa sevgi ruhunda böyüdür…

Çünki və əsla, başqa cür də ola bilməz…

Aslan övladı Aslan, Şahin övladı, Şahin nəvəsi Şahin kimi olmalıdır…

Şahların İgidliyi, Qəhrəmanlığı ölkə rəhbərliyi və Müdafiə Nazirliyi tərəfindən də dəfələrlə qiymətləndirilib…

Heç təsadüfi deyil ki, Ali Baş Komandan Şahlar Əliyevi “Laçının azad olunmasına görə” medalı ilə təltifləndirilib…

Eyni zamanda, İgidimizin adı daha bir neçə medala təqdim olunub və yaxın zamanlarda da öz müsbət həllini- təsdiqini tapmalıdır…

Şahlar həmçinin, bir neçə fəxri fərman və diplomla təltif olunub…

Çünki hamısını Haqq edir, hər biri onun halal-hümmət Haqqıdır…

Bu gün sazaqlı, qarlı-boranlı havada Vətənin keşiyində, ən ön xətdə dayanan Şahlar və onun kimi, İgid, Qəhrəman Vətən övladlarına can sağlığı arzulayıram, arzulayırıq…

Hər biri Qürurumuz, Fəxrimizdirlər.

Allah hər birini qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik…”- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana – BAŞSAĞLIĞI VERDİ

Read Next

5 medallı Şəhid və Şəhid anası…İki foto….Xoşbəxt, bəxtəvər ana və dərddən, kədərdən yumağa dönən ana…Və ya heç nə təsadüf deyilmiş…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir