“Gözüm hər yerdə səni axtarır…Sənə çox ehtiyacım var…”-Cənnətdəki altıncı doğum günü, 28 yaşı tamam olan Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şahmuraz Hümbətzadənin bu gün-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şahmuraz Əyyub oğlu Hümbətzadənin doğum günüdür.

Bu gün-8 sentyabr 2026-cı il tarixində Şahmuraz Hümbətzadənin 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin cəmi 22 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs olunub.

Ailəsinə, valideynlərinə-anası Cəmilə xanıma və atası Əyyub kişiyə, bacılarına Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Anası Cəmilə xanımın göz yaşları içində dediklərindən:

“Sənsiz yaşa bilmirəm, sənsiz yaşamaq mənə zülmdür bala…Hər gün yatanda da, duranda da səni düşünürəm, bir an belə fikrimdən çıxmırsan…Hər yerdə səni axtarıram…Sənə çox ehtiyacım, sənə çox ehtiyacımız var…”

Xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra isə Şəhidlər Xiyabanında, eləcə də Cəyirli kəndində-ailəsinin yaşadığı evdə adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Etikxeber.az-ın xəbərinə görə, Şahmuraz Hümbətzadə 1998-ci ilin sentyabr ayının 8-də Bərdə rayonunun Cəyirli kəndində sadə bir ailədə dünyaya gəlib.

Şahmuraz Hümbətzadə ailənin 4 övladından biri, 3 bacının tək qardaşı, evin tək oğlu olub.

Bacıları ailəlidir.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb.

Müxtəlif işlərdə çalışıb.

İkinci Vətən Müharibəsində könüllü iştirak edib.

2020-ci ilin oktyabr ayında Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 23 oktyabr tarixində Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyət uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

13:49

***

FOTOLAR:

17:17

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi-PREZİDENT SƏRƏNCAM İMZALADI

Read Next

Şəhid Polad Əliyevin Anım Günündə-MƏZARI VƏ EV-MUZEYİ ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir