Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bizə müraciət edən sakinlərimiz bu qışı əziyyət çəkmədən isti ocaqlarında keçirəcəklər.
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Fatma Yıldırım deyib.
“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün guşələrində infrastruktur quruculuğu uğurla davam etdirilir. Bu, dövlətin öz vətəndaşlarına yüksək diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həyata keçirilən siyasətin mərkəzində məhz insanların rifahı və mənafeyinin dayandığını göstərir”-deyən millət vəkilinin sözlərinə görə, son illər aparılan islahatlar nəticəsində bütün müraciətlərin həlli istiqamətində dövlət orqanlarının səfərbərliyi göz qabağındadır.
“Bir müddət öncə təmsil etdiyim Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən yeni yaşayış massivinin uzun illərdir əziyyət çəkən sakinləri tərəfindən mənə kəndə qaz xəttinin çəkilişi ilə əlaqədar müraciət olunmuşdu. Məsələ ilə bağlı araşdırma apardıqdan sonra dərhal aidiyyəti qurum və strukturlara müraciət ünvanladıq. Sevindirici haldır ki, məsələ öz həllini tapdı. Artıq “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən yaşayış massivində işlər başlanılmışdır. Divanlı kəndinin yeni yaşayış massivinin bir küçəsində işlər tamamlanıb, digər küçədə isə sürətlə davam etdirilir. Əməyi keçən hərkəsə dərin təşəkkürümü bildirirəm.Biz də sevinirik ki, bizə müraciət edən sakinlərimiz bu qışı əziyyət çəkmədən isti ocaqlarında keçirəcəklər”–deyə, o, əlavə edib.
Etikxeber.az