Salyan sakini baltalanaraq öldürüldü – VƏHŞİLİK

Salyan sakininin baltalanaraq öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Etikxeber.az xəbər verir ki, Salyan Rayon Prokurorluğundan APA-ya bildirilib ki, 1976-cı il təvəllüdlü Elçin Babayevin küt alətlə qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu və polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

Read Next

Balerina beynəlxalq tədbirə dəvət alıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir