Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daxili İşlər Nazirliyinin (DİN) Salyan törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.
Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.
R.Cavadovun tutulması üçün tədbirlər görülür.
Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Etikxeber.az