Şamaxı-Padarçöl avtomobil yolundan 17 yaşayış məntəqəsinin sakinləri istifadə edəcək

On yeddi yaşayış məntəqəsinin inkişafı və ən əsası 26 min insanın rahatlığı üçün xüsusi əhəmiyyəti olan 53 kilometrlik Şamaxı-Padarçöl avtomobil yolunun yenidən qurulması ilə əlaqədar işlər başa çatmaq üzrədir.

Rayon icra hakimiyyətindən Etikxeber.az-a bildiriblər ki, yolun 48 kilometrində işlər artıq başa çatıb. Belə ki, 12 metr enində yenidən qurulan yola 25 santimetr asfalt beton örtük çəkilib, təhlükəsizlik üçün bütün lazımi tədbirlər görülüb.

“Azəryolservis” MMC tərəfindən yenidən qurulan bu yol həm də respublikamızın cənub, habelə aran rayonlarından Şamaxıya və əks istiqamətə məsafəni dəfələrlə qısaldacaq.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasında ən çox qazanc əldə edən klublar hansılardır?

Read Next

Bəstəkar Həsənağa Adıgözəlzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir