Şamaxı sakininin qaz sızmasından partlayış nəticəsində ölməsi ilə bağlı-CİNAYƏT İŞİ AÇILDI

Oktyabrın 2-də Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mediaya Şamaxı rayon prokurorluğundan bildirilib.

Məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

“Qarabağ”a görə Azərbaycan UEFA reytinqində Polşa və Macarıstanı-QABAQLADI…

Read Next

Hər 2 doza vaksin olunmuş müəllimlər üçüncü doza ilə peyvəndlənəcək-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir