Şamaxının icra başçısı Prezidentin və Birinci xanımın iştirak etdiyi tədbirlərdə və açılışlarda-GÖRÜNMƏDİ – FOTOLAR

Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərdədirlər.

Etikxeber.az xəbər verir ki, səfər zamanı dövlət başçısı və birinci xanım Şamaxıda bir sıra obyektlərlə tanış olublar, körpələr evinin, uşağ bağçasının açılışlarında iştirak ediblər və sair.

Bütün tədbirlərdə dövlət başçısını və birinci xanımı Prezidentin köməkçisi Anar Ələkbərov müşayiət edib və məlumatlandırıb.

Ancaq tədbirlərdən çəkilən və yayılan fotolarda Şamaxının icra başçısı Tahir Məmmədova rast gəlinməyib.

Qeyd edək ki, bu gün mediada Şamaxı rayon İcra Hakimiyyətinin (RİH) bir neçə əməkdaşının koronavirusa yoluxduğu, bu səbəbdən də, icra başçısının və digər vəzifəli şəxslərin karantin altına alındığı qeyd olunub.

AzTV-nin efirinə canlı bağlantı ilə qoşulan T.Məmmədov isə RİH-in bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib.

“Bildiyiniz kimi, mütəmadi olaraq bütün digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən mütəmadi testlər verilir. Növbəti testlərin birində əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər bütün əməkdaşlar, o cümlədən mən özüm də hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk. Daha çox onlayn bağlantı vasitəsilə, heç kimdən təmasda olmamaq şərtilə fəaliyyətimizi davam etdiririk”-deyə, o, əlavə edib.

Etikxeber.az 

Read Previous

Mustafayev-İbrahimov-Rəhimov: BAKI NECƏ MİLLİLƏŞDİRİLDİ? – KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Read Next

“Valideyn ölür, onun son nəfəsində yanında ola bilmirsən, inanın, onlar mənə zəng etdilər və biz bir-birimizə qoşulu ağladıq…”-ELDAR İBRAHİMOV OPERATİV QƏRARGAHA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir