“Samir Nuriyevi orta məktəbdən, Sahin Əliyevi, Fuad Ələsgərovu, Gündüz Kərimovu, Səadət Yusifovanı tələbəlikdən tanıyıram, Nağdəliyevi isə tanımıram” – ERKİN QƏDİRLİ

Cəbhəçilərin yaydığı yalanların yalan olduğu neçənci yalandan sonra sayılmağa başlayır? Nə qədər yalan danışmaq/yazmaq olar axı? Hələ saxta profillərdən yazıb məndən cavab tələb edirlər. Sadəlövh olanlar və ya səmimi yanılanlar olmasaydı, belə yalanlara heç zaman cavab verməzdim.

Etikxeber.az xəbər verir ki, bunu 16 saylı Dairədə lider namizəd Erkin Qədirli deyib.

“Yazırlar ki, güya mən seçki dönəmində Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmüşəm, səçilmə şərtlərimi onunla danışmışam. Mən Prezident Administrasiyasının bir neçə yüksək rütbəli şəxsini şəxsən tanıyıram: Administrasiyanın rəhbəri Samir Nuriyevi (məktəb illərindən, bizim məktəbi bitirib), Administrasiyanın şöbə müdirlərini – Şahin Əliyevi (müəllimim olub), Fuad Ələsgərovu (onunla çoxdan və yaxşı tanışam, axırıncı dəfə 10 il bundan öncə görüşmüşəm), Gündüz Kərimovu və Səadət Yusifovanı (tələbəliklərindən tanıyıram), Hikmət Hacıyevi (tələbəm olub), Prezident köməkçisi Anar Ələkbərovu da tanıyıram. Heç birisilə son illərdə nə görüşmüşəm, nə də danışmışam. Zeynal Nağdəliyevlə isə, ümumiyyətlə, tanış deyiləm.

İndi bu cəbhəçilər götürüb şəxsi tanışlığım olmayan Zeynal Nağdəliyevlə görüşdüyümü, onunla anlaşdığımı yazırlar. Yazdıqlarının yalan olduğu bir yana, hələ məndən izahat də istəyirlər. Nə isə, deyiləsi deyil. O biri söhbətə (Azər Qasımlının dediklərinə) gəlincə, öyrətmək olmasın, sirrin üstü açılanda qınanılası olan sirri saxlayan deyil, onu açan olmalıdır. Sirri saxlayanı yalnız sirri qoruya bilmədiyinə görə qınamaq olar. Elə bir qınaq varsa, onu qəbul etməyə hazıram. Bu söhbətdə başqa heç bir qınağı qəbul edəsi deyiləm…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

Ləman Ələşrəfqızıdan MSK-ya şikayət üstünə-ŞİKAYƏT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir