Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hazırda öz işinə başlayan Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2018-ci ilin dövlət büdcəsinin icrası müzakirə edilir.
Etikxeber.az-ın xəbərinə görə, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi haqqında maliyyə naziri Samir Şərifovun məlumat verməsi nəzərdə tutulsa da, son anda dəyişiklik baş verib.
Nazir iclasa qatılmadığı üçün qanun layihəsi barədə nazir müavini Azər Bayramov məlumat verməli olub.
Qeyd edək ki, nazirin hansı səbəbdən iclasa gəlməməsi barədə məlumat verilməyib.
Həmçinin, qeyd edək ki, A. Bayramov təhsil naziri Ceyhun Bayramovun qadaşıdır.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az