Samir Şərifovdan Siyavuş Novruzova cavab: ” ÖZÜMÜ QONAQ HESAB ETMİRƏM” – YENİLƏNİB (1)

“Mən neçə illərdir Milli Məclisə gəlirəm və heç zaman da burada  özümü qonaq kimi hiss etmirəm”.

siyavush

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) 5 komitəsinin birgə iclasında büdcə müzakirələri zamanı Samir Şərifov konkret ad çəkməsə də,  millət vəkili Siyavuş Novruzovun ““Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və  çox da dərinə getməyək” fikirlərinə münasibətini bildirərkən deyib.

“Çünki Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın -hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”-deyə, o, sözlərinə əlavə edib.
***
Nazir sonra digər millət vəkillərinin fikirlərinə, irad və təkliflərinə münasibətini açıqlayıb. O, qeyd edib ki,bəzi dövlət qurumlarının maliyyə vəziyyəti ilə bağlı məsələyə baxılıb. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində “Azərişıq” ASC-yə 55 milyon manat, “Azərsu” ASC-yə isə 22 milyon manat büdcə ssudasının verilməsi öz əksini tapıb:
“Bu vəsaitlər tarif strukturları ilə bağlıdır. Biz bu tarifləri artıra bilmərik. Çünki bu əhalinin maddi vəziyyətinə təsir edir. Buna görə də bu məsələlərdə kompromis tapmalıyıq”.
***
S.Şərifov daha sonra banklarla bağlı məsələyə toxunaraq deyib ki, bütün bank əmanətçilərinin hüquqları qorunur və onlar öz vəsaitlərini geri alır. Azərbaycan Beynəlxalaq Bankının (ABB) heç bir əmanətçisinin zərər çəkmədiyini deyən nazir bildirib ki, lisenziyası ləğv olunan və müflis olunan banklardakı bəzi əmanətçiləri problemlərlə üzləşib:
“Biz Əmanətlərin Sığortalanması Fondunu yaratmışıq və qorunan əmanətlərn üzrə bütün ödənişlər həyata keçirilib. Bu proses düz keçirilib və yaxud nöqsanlar olub məsələsi başqa bir mövzudur. Vahid Əhmədov təklif edir ki, Hesablama Palatası yoxlasın. Bu normal bir haldır. Yoxlanıla bilər. Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir. Yəni, bu əmanətlərin faiz dərəcələri müəyyən edilmiş faizdən yüksək olmamalıdır. Əmanətlərin xarici və yaxud milli valyutada olmasına fərq qoyulmur. Yeganə məhdudiyyətlər həmin bankın inzibatçılarının, qohumlarının əmanətləri qorunmur. Və sair və ilaxır. Biz beynəlxalq praktikaya uyğun vətəndaşların maraqlarını qoruyuruq”.

S.Şərifov millət vəkili Zahid Orucun bütün pulların ABB-ın xarici borclarının ödənilməsinə yönəlməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Bu fikirlə razılaşmayan nazir ABB-nin xarici borcu ilə bağlı məsələyə aydınlıq gətirib:

“Burada söhbət ondan gedirdi ki, xarici kreditorlar qarşısında bankın öhdəlikləri yerinə yetirilməli idi. Əks təqdirdə bank defoltla üzləşə bilərdi. Defoltun mənfi nəticələri də aydındır. Belə olacağı təqdirdə, ilk növbədə bu banka qarşı ölkə daxilində xüsusi prosedur açılacaqdı. Bu prosedurda xeyli problemlər əmələ gələcəkdi. Bizim bu bankda şirkətlərin, müştərilərinmaraqları təhlükə altına düşə bilərdi. Ona görə hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən düzgün addım atıldı. Yəni, dövlət bankın phdəliklərini öz əhdəlikləri ilə əvəzlədi. Dövlət bankın öhdəliklərini üzərinə götürdü. Bunun nəticəsində bizim xarici borcumuz 2,4 milyard dollar civarında artırılıb. Lakin bununla biz o bankdan həmin o yükü götürdük və bu gün bankın reytinqləri yaxşılaşmağa doğru gedir. Biz bu təhlükəni bankın üzərindən götürdük və bank artıq sabit rejimdə, normal öz fəaliyyətini davam etdirə bilər. Bunun qiyməti dövlət borcunun artmasıdır. Dünya praktikasında başqa yol yoxdur”. 

 
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Budcədə Dağlıq Qarabağ ayrıca qrafa ilə göstərilməlidir…” – ZAHİD ORUC

Read Next

Millət vəkili və neft sənayesi işçiləri təltif olundu – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir