Samir Şərifov büdcə müzakirələrinə – QATILMADI

Maliyyə naziri Samir Şərifov bu dəfə büdcə müzakirələrinə qatılmayıb.

Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin bu gün birgə keçirilən iclasında  2020-ci ilin dövlət büdcəsi layihəsinin ikinci oxunuşda müzakirəsi Maliyyə nazirini onun birinci müavini Azər Bayramov əvəz edib.

A. Bayramov ikinci oxunuşla bağlı komitə üzvlərini məlumatlandırıb.

Müzakirələrin sonunda isə A. Bayramovun ikinci oxunuşla bağlı deputatların sual və iradlarını cavablandıracağı gözlənilir.

Qeyd edək ki, müzakirələr parlament jurnalistlərinin iştirakı olmadan keçirilir.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mübarizə KİŞİ kimi aparılmalıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

“Avro 2020″nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar – BU AXŞAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir