“Sampdoriya”, “Verona”, “Bordo”…- NƏTİCƏLƏR

İtaliya A seriyasında XXIII tur davam edir.

Etikxeber.az məlumat verir ki, turun ikinci günündə üç oyun keçirilib.

“Sampdoriya”nı qəbul edən “Torino” hesabı açsa da, qonaqlar əzmkar qələbə qazanıblar. “Fioentina”nın qonağı olan “Atalanta” da məğlub duruma düşdüyü matçdan qalib ayrılıb.

Günə son çempionun oyunu ilə yekun vurulub. Səfərdə “Verona” ilə görüşən “Yuventus” Kriştianu Ronaldonun qolu ilə hesabda önə keçsə də, üstünlüyünü əldən verib. Liderin uduzması bir gün sonra meydana çıxacaq “İnter”ə turinlilərə şərik olmaq imkanı yaradıb.

Bunun üçün Milan təmsilçisi turu itkisiz keçməlidir.

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.

İtaliya A seriyası
XXIII tur
8 fevral
“Torino” – “Sampdoriya” – 1:3

Verdi, 55 – Ramires, 70, 75, Kvalyarella, 79 (pen.)
“Fiorentina” – “Atalanta” – 1:2
Kyeza, 32 – Zapata, 49, Malinovski, 72
“Verona” – “Yuventus” – 2:1
Borini, 76, Pazzini, 86 – Ronaldo, 65

Fransa Liqa1-də isə XXIV tur davam edir.

İkinci oyun günündə 6 qarşılaşma baş tutub.

“Marsel” ikinci hissədə vurduğu qolla “Tuluza”ya qalib gəlib. “Monako” son dəqiqələrdə vurulan qollarla “Amyen” üzərində əzmkar qələbəyə sevinib.

6 qolun vurulduğu “Dijon” – “Nant” matçında heç-heçə qeydə alınıb. “Mets” erkən qola sevinsə də, “Bordo”ya uduzub.

“Renn” – “Brest” qarşılaşması qolsuz başa çatıb. “Nitsa” öz meydanında “Nim”dən xal ala bilməyib.

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.

Fransa Liqa1
XXIV tur
8 fevral
“Marsel” – “Tuluza” – 1:0

Payet, 51
“Amyen” – “Monako” – 1:2
Quirassi, 9 – Ben Yedder, 85, Slimani, 90
“Dijon” – “Nant” – 3:3
Mavididi, 15, 90, Tavares, 24 – Simon, 20, Alfons, 34 (avtoqol), Jirotto, 90+2
“Mets” – “Bordo” – 1:2
Niane, 2 – Basiç, 51, Oudin, 84
“Renn” – “Brest” – 0:0
“Nitsa” – “Nim” – 1:3

Klod-Moris, 6 – Landre, 43, Filipoto, 53, Kone, 90

Etikxeber.az

Read Previous

Azərbaycanda parlament seçkiləridir-BU GÜN

Read Next

Rəsmilər, siyasilər hansı seçki məntəqəsində səs verəcək?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir