“Sanki tale həmin şəhidlərin müstəqillik bayramı günü “Aliyə” qəbiristanlığında, öz müqavimət yoldaşlarının yanında dəfn edilməsini istəyir…”-ƏLCƏZAİRİN ÖLKƏMİZDƏKİ SƏFİRİ

Əlcəzair hər il olduğu kimi bu gün 5 iyul müstəqillik və gənclər bayramının 58 ci ildönümünü qeyd edir.

Etikxeber.az-ın Əlcəzairin ölkəmizdəki səfirliyinə istinadən məlumatına görə, bunu həmin ölkənin Azərbaycandakı səfiri Səlimə Abdelhaq qeyd edib.

O, həmçinin bu əlamətdar günün məğrur Əlcəzair Xalqının qəlbində yaşadılmasını 100 ildən artıq davam edən işğal, ədalətsizlik,zülmdən xilas olmasına və qeyri şərtsiz müstəqilliyin geri qaytarılmasına imkan verdiyini əlavə edib.

Səfir bu il müstəqillik bayramının dəfn ilə əlaqədar  öz təbii və insani  hüquqlarından 170 ildən artıq məhrum olmuş milli müqavimət hərəkatının liderlərindən 24 – nün qalıqlarını Fransadan geri qaytarılmasına təsadüf etdiyinə vurğulayıb:

“Sanki tale həmin şəhidlərin müstəqillik bayramı günü “Aliyə” qəbiristanlığı, öz müqavimət yoldaşlarının yanında dəfn edilməsini istəyir. Azadlıq əldə etmiş Əlcəzairlilər bugün Allah və vətən yolunda şəhid olmağın ən üstün dərəcə olmasına inanaraq canlarını və qanlarını fəda etmiş şəhidlərin ruhu qarşısında hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edəcək”.

Səfir əlavə edib ki Azərbaycanda məskunlaşan və mövcud şəraitlə bağlı Bakıda qalmış Əlcəzairlilər bu unudulmaz günü qeyd edəcək.

Səfir fürsətdən istifadə edərək mübariz Əlcəzair xalqını, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən Əlcəzair Diasporasının üzvlərinə, pandemiya səbəbiylə Bakıda qalmış, Əlcəzairlilərə ən xalis təbriklərini çatdırmış və müvəffəqiyyətlər arzulayıb.

Sonda səfir Əlcəzairin daim müstəqil və çiçəklənən dövlət, şan və şöhrətin şəhidlərə məxsus olduğunu, Əlcəzair və Azərbaycan dostluğunun əbədi olacağını qeyd edib.

Etikxeber.az

Read Previous

“Əslində bu günlərdə bəlkə də başqa mövzularda yazmanın yeri deyil…Amma həm də yeri və zamanıdır…”-TANINMIŞ JURNALİST AZADƏ BALAYEVANIN MÜRACİƏTİ

Read Next

Deputatdan Ramiz Mehdiyev və kürəkəni İlham Əliyevə sərt ittihamlar-MİLLƏT VƏKİLİ MAKSİM MUSAYEVİN AÇIQLADIĞI FAKTIN PROKURORLUQ TƏRƏFİNDƏN ARAŞDIRILMASINI TƏLƏB EDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir