“Şansımız var və bundan maksimum yararlanmalıyıq…” – Maksim Medvedev

“Qarabağ” Avropa Liqasının V turunda səfərdə “Slovan”a 0:3 hesabı ilə uduzub.

Etikxeber.az “Sportal.az”a istinadən Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedevin müsahibəsini təqdim edir.

– Oyuna çox yaxşı hazırlaşmışdıq. Amma təəssüf ki, uduzduq. “Qarabağ” ən pis oyunlarından birini keçirdi. Ürəkdən istəyirdik ki, qalib gələk. Bu gün bizdə alınmırdı. Rəqib bizi çox yaxşı analiz etmişdi.

– Zəif oyunun səbəbi nə idi?

– Özümüz də 100% oynaya bilmədik. Heyətlərində dəyişikliklər etmişdilər, gənc oyunçuları dayanmadan meydanda hərəkət edirdi.

– “Fiorentina” PAOK-a uduzdu. “Qarabağ”ın işi çətinləşdi…

– Hesabdan xəbərdarıq. İşimiz çətinləşdi. Növbəti oyuna ciddi hazırlaşacağıq. Şansımız var və bundan maksimum yararlanmalıyıq. Bunu əldən vermək olmaz. Baxmayaraq ki, işimizi çətinləşdirmişik. Hər şey öz əlimizdədir.

 – Arif Daşdəmirov sənin mövqeyində oynadı və səhvlərə yol verdi. Düşünmürdün ki, öz mövqeyimdə olsaydım, səhvlər etməzdim…

– Futboldur. Heç bir oyunçu ideal deyil. Hamı səhvlər edə bilər. Bu haqda nəsə deməyim düz olmaz. Arif meydanda çox çalışırdı. İstəməzdi ki, səhvlərə yol versin. Komanda şəklində daha diqqətli olsaydıq, belə olmayacaqdı. Oyun tam fərqli keçəcəkdi. Baş məşqçimizin verdiyi tapşırıqların 70 faizini yerinə yetirə bilmədik.

Etikxeber.az

Read Previous

UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirildi – NƏTİCƏLƏR

Read Next

“Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu adlı biznes forum keçirilir – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir