“Saqiyan” türk sözüdür, onun dəyişdirilməsinə etiraz edirəm”-TAHİR KƏRİMLİ BİR NEÇƏ MƏSƏLƏNİ QALDIRDI

Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Tahir Kərimli Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsinə də etiraz edib.

Etikxeber.az-ın məlumatına görə, parlamentin komitə sədrinin müavini bildirib ki, “Saqiyan” türk sözüdür:

“Bununla bağlı iyunun 8-də Milli Məclisin Toponimiya Komissiyasının iclası keçiriləcək. Həmin kəndin adının dəyişdirilib, Günəşli qoyulması təklif olunur. O kəndin adı türk adıdır. Ona görə kəndin adının dəyişdirilməsinə etiraz edirəm”.

Deputat eyni zamanda, kəndlərdə əhalinin pensiyasını rahat ala bilməsi üçün terminallar quraşdırılmasını təklif edib.

T. Kərimli həmçinin, “uşaqpulu”nu ən ciddi problemlər sırasında hallandırıb:

“Sosial yardım vermək əvəzinə təsnifat yolu ilə “uşaqpulu”nu bərpa etmək olar”.

Deputat bununla yanaşı, kənd insanlarının dağlardan içməli su gətizdirdiyini deyib:

“Bu il Ağsuda taxıl zəmisi də susuzluqdan yandı. Hesab edirəm ki, Ağsu çayı üzərində bənd tikməklə suyu bərpa etmək olar”.

Deputat yol problemini də parlamentdə qaldırıb:

“Bu gün Ağsu rayonunun Padarlı, Ərəbuşağı və digər kəndlərində yol yoxdur. Gedib-gəlmək mümkün deyil”.

T. Kərimli məktəblərdə xarici dil müəllimlərinin, xəstəxanada həkimlərin olmadığını da bildirib.

Parlamentari bundan başqa, qaz limitinin yüksək olmasını, işıq dirəklərinin sıradan çıxdığını, internetin, telefonun olmadığını səsləndirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dövlət proqramlarının icrası ilə bağlı məlumatlar nəyə görə bu sənəddə əksini tapmamalıdır?”-QƏNİRƏ PAŞAYEVA – VIDEO

Read Next

MM-in növbəti iclası iyunun 12-də-KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir