Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev dünyasını dəyişdi-DİLARƏ ƏLİYEVA VƏ MEHRİBAN ZƏKİ XƏSARƏT ALDI – YENİLƏNİB – (1)

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol qəzasında ölüb.

Etikxeber.az məlumat verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.

Oqtay Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza zamanı Oqtay Əliyev ölüb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Daxili İşlər Nazirliyindən (DİN) faktı təsdiqləyiblər.

***

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

Bu barədə də TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub.

Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

20:06

***

Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev öldüyü, həyat yoldaşı əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan tərəfindən açılan atəş nəticəsində Ermənistan hərbiçisinin ölümcül yaralanması yalandır”-MN

Read Next

Cənnətdəki üçüncü doğum günü olan İkinci Vətən Müharibəsi Şəhidləri: Evin-ailənin tək oğulları-BAKILI MURAD QURBANOV VƏ QUBALI MİQDAD ABDULƏLİMOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir