Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilən qardan hazırlanan abidənin açılışı oldu – FOTO

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda Birinci Dünya müharibəsində bu ərazidə hərbi əməliyyatlar zamanı şəhid olanların xatirəsinə qardan abidə hazırlanıb.

Etikxeber.az xəbər verir ki, tələbələr tərəfindən hazırlanan abidə üçün lazım olan qar 10 böyüktutumlu yük avtomaşını ilə daşınıb.

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan, gənclər və idman naziri Osman Aşkın Bak, yerli inzibati qurumların rəsmiləri ilə yanaşı, ictimaiyyətin nümayəndələri abidənin açılışında iştirak ediblər.

Qeyd edək ki, 1914-cü ilin sonunda Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə ölkənin şərqində Sarıqamış əməliyyatına başlayıb. Bölgədəki Allahu-Əkbər dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi donaraq həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi göstərilir.

Etikxeber.az

Read Previous

“Barselona” Filippe Koutinyonu transfer etdi…

Read Next

“Xəlil Rza “qalmaqal”ı səngimişdi ki, Bəxtiyar Vahabzadənin Əlizadəni döyməsi Yazıçılar İttifaqının müzakirəsinə çıxarıldı…” – TARİXÇİ ALİM YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir