Sarkisyan da həmin alçaqlardan, vəhşilərdən biridir… – BAXÇALI

Xocalı faciəsi qan yaddaşımız, qanayan yaramızdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının TBMM-dəki növbəti qrup toplantısında çıxışı zamanı bildirib.

D.Baxçalı qeyd edib ki, Türkiyə olaraq əsla və əsla Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliyi unutmayıblar:

xocali-anim-1

“Qardaşlarımıza qarşı vəhşiliyi unutmadıq və unutmayacağıq. Ermənistan bilsin ki, Azərbaycan öz torpaqlarını işğaldan mütləq azad edəcək, o gün yaxındadır”.

MHP lideri sonra deyib ki, Xocalı soyqırımında barmağı, əli olanlar bu gün Ermənistanın dövlət və siyasət həyatında çox yüksək məqamlara, vəzifələrə irəli çəkilib:

Həmin alçaqlar, həmin vəhşilər Ermənistanda mükafatlandırılıblar. Ermənistan prezidenti Serj Sarkisyan da bunlardan biridir”.

bahceli-1

Onun sözlərinə görə, 1 milyon soydaşımızın-azərbaycanlının yurd-yuvalarından didərgin salınması insanlıq suçudur.

“Azərbaycanın beşdə biri Ermənistanın işğalı altındadır. ATƏT-in Minsk qrupu ona olan ümidləri, gözləntiləri illərdir doğrultmur. Erməni diasporasının ipinə sarılanlar Xocalı soyqırımına qarşı səssizdir. “Hamımız erməniyik” şüarı səsləndirən vətənsizlər Xocalı soyqırımının sanki ilhamçılarıdır. 1915-ci il olayları ilə bağlı əleyhimizə qərarlar qəbul edən Qərb ölkələri Xocalını necə izah edəcəklər? Hollandiya nə etməyə çalışır? Hollaniya bizə nə anlatmağa çalışmaqdadır? Bu ölkə Serebrenitsada etdiyi insanlıqdan kənar addımları hansı zaman vaxt edib, pərdələyə bilib? 16-cı əsrdə onların elçilərinin İstanbula gəlib əl-ətək öpdüklərini də unutmamışıq…” – deyə, MHP genəl başqanı sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

“Avropa Məhkəməsi etiraf edib ki…” – ÇİNGİZ ƏSGƏROV

Read Next

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasından AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir