“Savadlı və peşəkar aqranomlara, zootexniklərə, baytarlara, mexaniklərə ehtiyac var…” – DEPUTAT

Kamilə ƏLİYEVA: “…Əgər əvvəllər bir kitabı tapmaq üçün günlərlə vaxt, zaman, bir çox kitabxanalara baş çəkmək tələb olunurdusa, bəzən də buna nail olmaq, istədiyini elmi və ya bədii əbədiiyatı, kitabı tapmaq müşkülə çevrilirdisə, indi bir anın içində internetdə axtarış verməklə istənilən kitabı, ədəbiyyat nümunəsini tez və rahat şəkildə əldə etmək mümkündür. Bu yöndə misalları xeyli uzatmaq, artırmaq da olar, amma bunlara bir o qədər  də ehtiyac duyulmur, hər şey göz önündədir. Ancaq bununla belə, İKT-nin, texnoloji inqilabın insan həyatına, həyatımıza mənfi, zərərli təsirləri də mövcuddur. Bunu da qeyd və etiraf etməmək mümkün deyil. İKT-dən, yeni texnoloji üstünlüklərdən heç də hər kəs vacib və lazım olduğu dərəcədə yararlanmır, bəzən bunlara bir maraq, həvəs, vaxt keçirmək kimi yaşananlar, yanaşmalar da özünü göstərir və bu tendensiya getdikcə sürətlənməkdədir…”

Etikxeber.az millət vəkili, professor, BDU-nun kaferdra müdiri Kamilə Əliyevanın Dünya TV-yə (“Üz-üzə” )  müsahibəsini ixtisarla təqdim edir:

-Kamilə xanım, müasir Azərbaycan elminin inkişaf perspektivindən razısınızmı?

-Azərbaycan elmi dünya elminin tərkib hissəsi, bir parçasıdır.

Tarixən belə olub, indi də belədir. Azərbaycan daim dünya elminə böyük töhfələr verib, üzü Bəhmənyardan, Nəsirəddin Tusidən tutmuş bugünlərimizəcən Azərbaycan alimləri, elm xadimləri öz fitri istedadları ilə dünya elmini zənginləşdiriblər. Xüsusilə də, bu sırada 20-ci əsrdə dünya elmini öz elmi kəşfləri, ixtiraları, əsərləri ilə yaxşı mənada təəccübləndirmiş və zənginləşdirmiş  dahilərimizi – Yusif Məmmədəliyevi, Lev Landaunu, Azad Mirzəcanzadəni, Mustafa Topşubaşovu, Ziya Bünyadovu, Mirəli Qaşqayı, bir müddət öncə dünyasını dəyişmiş (və uzun illər ABŞ-da yaşamış ) Lütfi Zadəni və digərlərini qeyd etmək olar. Onlar nəinki Azərbaycan, dünya elminin nəhənglərindəndir.

Azərbaycan elmi elə bir fundament, elə bir təməl və özül üzərində bərqərar olub ki, o, daim inkişadadır və inkişafda olacaq. Hətt, arada müəyyən fasilələr, axsamalar olsa da, Azərbaycan elmi öz hədəflərinə doğru əzmlə və inamla getməməkdədir. Bildiyiniz kimi, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində yaşadığımız keçmiş sovetlər birliyində, postsovet, postsosialist məkanında baş verənlər, yaşananlar, o cümlədən, üzləşdiyimiz Qarabağ münaqişəsi, sovetlərin süqutu,  müstəqilliyin qazanılması, ilk illərdə bütün sahələrdə və məsələlərdə olduğu kimi, elm sahəsində də keçmiş bağların qırılması, iqtisadi, siyasi, mənəvi tənəzzül və sair məqamlar Azərbaycan elminə təsirsiz ötüşmədi, Azərbaycan elmində də bir müddət durğunluq, gerilik yaşandı. Hətta, bir zamanlar indiki Milli Elmlər Akademiyasının ləğvi barədə ideyalar belə səslənməyə başladı. Amma Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan elmində də yeni mərhələ, yeni dalğa yaşanmağa başladı.

Heç təsadüfi deyil ki, Ulu Öndər hakimiyyətə qayıdışının ilk günlərində geniş tərkibdə görüş keçirdiyi məhz Azərbaycan alimləri  oldu, onun Milli Elmlər Akademiyasında Azərbaycan alimləri və ziyalıları ilə tarixi görüşü hələ də yaddaşlardan silinməyib. Bu, Heydər Əliyevin Azərbaycan elminə nə qədər böyük önəm verdiyinin, diqqət göstərdiyinin təsdiqi idi. Çox əlamətdar haldır ki, Ulu Öndərin siyasətinin layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də Azərbaycan elminə, onun inkişafına, dünya elminə inteqrasiyasına çox ciddi əhəmiyyət verilir, böyük diqqət və qayğı göstərilir, önəmli addımlar atılır. Belə ki, ölkə başçısı  elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalayıb, dövlət proqramları təsdiq edib.

Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 2009-cu il 22 may tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları və digər fərman və sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır. Həmçinin, elmin inkişafı istiqamətində görülən ən mühüm işlərdən biri də Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasıdır. Bu Fondun yaradılması Azərbaycan elminin inkişafında, dünya elminə inteqrasiyasında mühüm məqamlardan biri kimi qeyd edilməlidir. Bu baxımdan, yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan elmi elə bir fundament və təməl üzərində bərqərar olub ki, o, dayanmayacaq, daim inkişafda olacaq.

kamilla-13

Obrazlı şəkildə qeyd etmiş olsam, elm də bina kimidir. Binanın fundamenti, bünövrəsi əgər düzgün, möhkəm olarsa, o, heç  vaxt  həyatın və zamanın qasırğalarına, tufanlarına ram olmaz. Elm də belədir, təməli, bünövrəsi düzgün, möhkəm olarsa, arada fasilələr, axsamalar, geriçəkilmələr olsa belə, irəliyə, inkişafa doğru can atar, bütün hədləri və sədləri aşaraq, öz hədəflərinə doğru yürüyər. Odur ki, Azərbaycan elminin də inkişaf perspektivlərinə inamla və əminliklə yanaşıram. Bəlkə də bu gün istədiyimiz, gözlədiyimiz nəticələri əldə edə bilmirik, amma elm həm də bir səbir işidir, o, tələskənliyi sevmir və belə olduğu təqdirdə də, bizi ruhdan, həvəsdən düşməməliyik, ümidsizləşməməliyik. Buna haqqımız da yoxdur.  Azərbaycan elmi olub, var və bundan sonra da olacaq.

 -Hər dövrün daha çox dəbd əolan ixtisas seçimləri olur. Bəs günümüzün ixtisası Sizcə, hansıdır?

-Təbii ki, hər bir dövrün özünə görə, tələbləri, ehtiyacları, tələbatları olur. Əgər ötən əsrin 40-ci illərindən, İkinci Dünya Müharibəsindən, Böyük Vətən Müharibəsindən sonra yaşadığımız sovetlər birliyində, o cümlədən, Azərbaycanda müəllimlik, həkimlik, mühəndislik sənətinə, peşəsinə (həmçinin, neft-kimya mühəndisliyinə), o cümlədən, kənd təsərrüfatı ilə bağlı olan ixtisaslara böyük həvəs, həm də tələbat vardısa, ötən əsrin 80-çi  və 90-cı illərindən, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, açıq, liberal iqtisadiyyata keçidlə əlaqədar yeni peşələrə, yeni sənətlərə, yeni ixtisaslara da maraq və həvəs yaranmağa başladı.

Yəni, dövrün, zamanın tələbatları əslində yeni olmayan, sadəcə, bizlər, bizim cəmiyyət üçün yeni görünən və cəzbedici olan ixtisaslara, peşələrə, ixtisaslara geniş həvəs və maraq yaratmış oldu. Diplomatiya, beynəlxalq münasibətlər, biznes, vergi, gömrük, bankçılıq sahələri ilə bağlı sənətlərə, peşələrə, ixtisaslara olan maraq və həvəs bir xeyli müddət digərlərini yetərli dərəcədə üstələdi. Eyni zamanda, jurnalistikaya, jurnalistlik peşəsinə böyük maraq özünü göstərdi.

Ancaq bunun müsbət cəhətləri ilə yanaşı, yanlış tərəfləri də zaman-zaman üzə çıxmağa başladı. Belə ki, aqrar sektorun, kənd təsərrüfatının inkişafı digər prioritet məsələlərlə müqayisədə bir müddət arxa planda qaldığı üçün bu sahə ilə bağlı ixtisaslara maraq bir qədər azaldı və nəticədə də mütəxəssis, kadr qıtlığı yarandı. Odur ki, son dövrlərdə aqrar sfera ilə bağlı ixtisaslara maraq və həvəsin artdığı hiss olunmaqdadır, istənilən, yetərli səviyyədə olmasa da, Azərbaycanda bu istiqamətdə yeni mərhələ yaşanmaqdadır.

Çünki doğrudan da, bu gün savadlı və peşəkar aqranomlara, zootexniklərə, baytarlara, mexaniklərə ehtiyac var. Bununla yanaşı, yaşadığımız əsr (20-ci əsr də daxil olmaqla) yüksək texnologiyalar, informasiya-kommunikasiyalar əsri olduğu üçün bu sahə ilə də bağlı ixtisaslara, peşələrə və sənətlərə marağın olması vacibdir və deyərdim ki, mütləqdir. Çünki bu sahə bizim üçün bir qədər yeni olduğu üçün yüksək savadlı və peşəkar İKT  mütəxəssislərinə ehtiyac var. Bu baxımdan, yeni mərhələnin öncəlikləri sırasında məzh bunlar dayanır.

-Bəs müasir gənclyimizin elm öyrənmək həvəsindən razısınızmı?

-Bu suala birmənalı cavab vermək bir qədər çətindir. Amma bununla belə, qeyd etmək istərdim ki, elmlə həvəskar şəkildə deyil, peşəkarcasına yanaşan gənclərin, gənclərimizin sayı ildən-ilə artmaqdadır. Elmə həvəs və maraq göstərən, özünü elm aləmində sınamaq, özünü elmlə bağlamaq istəyən gənclərimizin əhatə dairəsi genişlənməkdədir. Düzdür, bir müddət, xüsusilə də, oğlanlarla bağlı hərbi xidmətdən möhlət hüququnun aradan qaldırlması nəticəsində, elmə həvəs göstərən gənclərimizin sayında bir qədər azalma, gerilməmə müşahidə olunurdu.

Belə ki, hərbi xidmətdən sonra əksər oğlanlar, oğlan tələbələr, aspirantlar  elmə bir o qədər həvəs göstərmir, bir çox hallarda da öz ixtisaslarına uyğun olmayan,  nisbətən daha gəlirli sahələrdə işləməyə üstünlük verirdilər. Amma bir neçə il öncə hərbi qanunvericiliyə edilən dəyişiklikdən, hərbi möhlət hüququnun bərpasından sonra elmə həvəs və maraq göstərən oğlanlarımızın, oğlan tələbələrin, aspirantların sayında bir artım, müsbət tendensiya mütləq şəkildə özünü göstərməkdədir.

Həm də aspirantların, doktorantların təqaüdlərinin artırılması, gənclərə olan digər diqqət və qayğı nəticə etibarı ilə gənclərimiz arasında elmə böyük həvəs və maraq yaratmaqdadır. Yavaş-yaşaş da olsa, tendensiya müsbətə, inkişafa doğrudur.

-Prezident İlham Əliyevin təşəbbüsü ilə insan kapitalı layihəsi gerçəkləşdi. İndi bu layihənin iş prosesi, gedişatı hansı səviyyədə və yerdədir?

-Yuxarıda da qeyd etdiyim kimi, ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə Azərbaycanda təhsilin və elmin inkişafına ciddi diqqət yetirilməkdədir. Bu istiqamətdə də önəmli addımlar atılmaqda, vacib fərmanlar və sərəncamlar verilməkdədir. Biz həm də neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçid mərhələsini yaşayırıq. Əgər əvvəllər “qara qızıl”-neft daha böyük önəm kəsb edirdisə (eləcə də, digər karbohidrogen ehtiyatları, daşıyıcıları), öncəlik daşıyırdısa, əsas prioritet idisə, son illər insan kapital deyilən anlayış, məhfum həyatımıza daha geniş sirayət etməkdədir.

Yəni, insan kapitalının önəmi və dəyəri daha ön yerlərdə, öncəliklər sırasındadır. Demək olar ki, son illər bütün çıxışlarında dövlət başçısı insan kapitalının önəminə geniş diqqət və yer ayırmaqdadır, çıxışlarının leytmotivini məhz insan kaptalının inkişafı və dügün dəyərləndirilməsi təşkil edir. Çünki həqiqətən də dövr, zaman bunu tələb və diktə edir. Nə vaxtsa neft, qaz, digər sərvətlər tükənə, azala bilər, amma insan kapitalı tükənməzdir, daimidir. Ancaq ondan düzgün isifadə ediləndə, ona düzgün yanama olanda, öz müsbət tərəflərini  göstərməkdə və töhfələrini verməkdədir. Bu məsələ diletant yanaşmanı, ötəri həvəsi qəbul etmir.

Odur ki, Azərbaycanda da insan kapitalının inkişafı əsas prioritetlər sırasındadır və öz müsbət töhfələrini verməkdədir. Yəni, proses belə demək mümkünsə, yüksələn, artan xətt, temp üzrə getməkdə, inkişaf yolundadır.

-Texnoloji inqilab həyatımızı yüngülləşdirib, vaxt itkisini azaldıb, operativliyi təmin edib, amma gəlin razılaşaq ki, gənclərimizi də kitablardan uzaqlaşdırıb. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, texnoloji inqilabın, informasiya-kommunikasiya texnolgiyalarının sürətli inkişafının həyatımıza təsiri qaçılmazdır, önəmlidir, zəruridir. Bu, bir gerçəklikdir və ondan qaçmaz olmaz. Bunun bir çox üstünlükləri və müsbət cəhətləri var ki, etiraf etməmək mümkün deyil. Əgər əvvəllər bir bölgədən digər bölgəyə, məsələn, paytaxt Bakıdan hansısa rayona, kəndə zəng etmək saatlar, bəzən günlər hesabına başa gəlirdisə, danışıq məntəqələrində uzun-uzadı növbələr yaranırldısa və bir sıra hallarda  keyfiyyətli xidmət göstərilmirdisə, indi bir saniyənin, bir anın içərisində mobil telefonlarla və ya inrentt resursları ilə bunu dərhal reallaşdırmaq mümkündür, nə vaxt gedir, nə əsəblər korlanır.

Yaxud, əgər əvvəllər bir kitabı tapmaq üçün günlərlə vaxt, zaman, bir çox kitabxanalara baş çəkmək tələb olunurdusa, bəzən də buna nail olmaq, istədiyini elmi və ya bədii əbədiiyatı, kitabı tapmaq müşkülə çevrilirdisə, indi bir anın içində internetdə axtarış verməklə istənilən kitabı, ədəbiyyat nümunəsini tez və rahat şəkildə əldə etmək mümkündür. Bu yöndə misalları xeyli uzatmaq, artırmaq da olar, amma bunlara bir o qədər  də ehtiyac duyulmur, hər şey göz önündədir. Ancaq bununla belə, İKT-nin, texnoloji inqilabın insan həyatına, həyatımıza mənfi, zərərli təsirləri də mövcuddur. Bunu da qeyd və etiraf etməmək mümkün deyil. İKT-dən, yeni texnoloji üstünlüklərdən heç də hər kəs vacib və lazım olduğu dərəcədə yararlanmır, bəzən bunlara bir maraq, həvəs, vaxt keçirmək kimi yaşananlar, yanaşmalar da özünü göstərir və bu tendensiya getdikcə sürətlənməkdədir.

dunya-kamila

Bunun nələrə səbəb olduğunu anlamaq və anlatmaq üçün də yeni Amerika və ya velosiped icad etməyinə ehtiyac yoxdur. Hər gün nələrin yaşandığını görürük, eşidirik. Həm də hər şey, insani münasibərlər belə reallıqla əlaqəsini üzməkdə, virtuallaşmaqdıdır. Bəzən bir çox insanları, hətta yaxınlarını sosial şəbəkələrdə görür və izləyirsən və öz-özlüyündə hesab edirsən ki, onlarla sanki indi canlı görüşdən, təmasdan ayrılmısan. Amma gerçəklikdə, reallıqda həmin insanları bəzən aylarla, illərlə görmüsən və görəndə də özündə bir qəriblik, ögeylik, soyuqluq hiss edirsən.

Çünki artıq virtuallıq sənə hakim kəsilib və özünü reallığa adaptasiya etməkdə çətinlik çəkirsən və sairə. Odur ki, İKT-nin özü yeri, reallığın, canlı rabitənin, canlı təmasın öz yeri.  Birinci ikincini heç bir halda əvəz etməməlidir.

Etikxeber.az

Read Previous

“Hələ məlum deyil ki, Novruz müəllim istirahət etmək istəyir, yoxsa…” – MİLLƏT VƏKİLİ

Read Next

“Heydər Əliyev yüksək siyasi mədəniyyət nümunəsini ortaya qoydu, siyasi proseslərin dayanmasına imkan vermədi…” – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir