“SAVAŞÇI” dizisindən Azərbaycana jest – SEVGİ – FOTO – YENİLƏNİB

Türkiyənin məşhur  “FOX” telekanalında nümayiş olunan və Azərbaycan izləyiciləri tərəfindən maraqla, həyəcanla izlənilən “Savaşçı” dizisində Qarabağ problemindən də bəhs edilir.

Etikxeber.az xəbər verir ki, bu gün (bir azdan) efirə edəcək dizinin növbəti bölümündə Azərbaycana növbəti dəfə sevginin və rəğbətin əlaməti olaraq, Türk əsgərlərinin əlində “QARABAĞ” sözləri yazılmış plakat nümayiş olunur.

Həmçinin, qəhrəman Türk əsgərlərinin hərbi xidmət palatarlarının (hərbi geyimlərinin)  qolunda  üçrəngli Azərbaycan bayrağı özünün əksini tapır.

Dizidə bir daha Azərbaycanla Türkiyənin qardaş, dost, “İki dövlət, tək millət” vurğulanır, eyni zamanda, terror təhlükəsi ilə üz-üzə qalan Türkiyənin, təcavüzə məruz qalan Azərbaycanın isə birlikdə öz hədəflərinə çatacağı dilə gətirilir.

***

Dizinin nümayiş olunan son bölümündə eyni zamanda, Azərbaycandan olan neft mühəndislərinin terrorçular tərəfindən girov götürülməsi, onların Suriyaya aparılması və Türkiyə ordusunun əsgərləri ilə Azərbaycan əsgərlərinin onları birgə əməliyyatla azad etməsindən bəhs olunur.

Bununla yanaşı, dünya güclərinin Türkiyə-Azərbaycan müttəfiqliyindən qorxması,  bu müttəfiqliyi, birgəliyi  əngəlləmək üçün hər cür vasitələrə əl atması və ancaq onların öz məkrli niyyətlərinə çatmasının mümkünsüzlüyündən danışılır. 

Etikxeber.az

Read Previous

“Atasının tam oxşarı idi, sanki Vaqiflə söhbət edirdim…” – DEPUTAT – FOTO

Read Next

Telefonunuza kimin baxdığı barədə xəbərdar ediləcəksiniz…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir