Saxta avro satışı ilə məşğul olan şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Baş İdarəyə üç nəfərdən ibarət cinayətkar dəstənin qeyri-qanuni yolla ölkəmizə keçirdikləri külli miqdarda saxta xarici valyutanın – avronun satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin dəstənin üzvləri – Ukrayna vətəndaşı Valentina Bilik, Gürcüstan vətəndaşı Taleh Nayibov və Abşeron rayon sakini Kamandar Əmirov Bakıda ayrı-ayrı şəxslərə saxta 500 avroluq əsginaslar satan zaman saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman əlavə olaraq 9500 avro məbləğində saxta pul aşkar olunaraq götürülüb.

Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta pullar həqiqi əsginaslardan heç də fərqlənmir və onların müdafiə nişanları xüsusi üsullarla saxtalaşdırılıb.

Dəstə üzvləri bildiriblər ki, saxta əsginasları paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə satıb həqiqi valyutaya çevirəndən sonra ölkə ərazisini tərk etməyi planlaşdırıblar.

Faktla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

 

Etikxeber.az

Read Previous

“Market nə vaxt bizim söz oldu?”- DEPUTAT

Read Next

“Burada tək idmançının günahı yoxdur…” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir