Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Peyvəndlə bağlı neqativ halların olması Operativ Qərargahın brifinqdə də səsləndirildi.
Etikxeber.az məlumat verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.
Qeyd edib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil:
“Peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz. Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
Sonra “Vaksinasiya başlayandan kifayət qədər təhsil işçisi əks göstəriş haqqında arayışlar təqdim edib”-deyən R. Ağayev bildirib ki, avqustun 9-dan əks göstərişə dair arayış forması hazırlanıb:
“Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, əks göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertiifikatı almalıdır. Ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdır. Bunun da yolu vaksinasiyadır, hələ ki, başqa yolu yoxdur.
Düşürəm ki, hər hansı problemlərə görə narahat olub vaksin vurdurmayan, əks göstəriş arayışı alanlar vaksinlərin ciddi yan təsiri olmadığını nəzərə alaraq peyvənd vurduracaq və onların əksəriyyəti əks göstəriş sertifikatı almaqdan imtina edəcəklər”.
Etikxeber.az