Dövlət Sərhəd Xidmətinin (DSX) tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin və buraxılış məntəqələrində sərhəd rejiminin təmin olunması tədbirləri uğurla davam еtdirilir.
DSX-nin mətbuat mərkəzindən Etikxeber.az-a bildiriblər ki, növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsi cəhdinin qarşısı Xidmətin əməkdaşları tərəfindən alınıb.
Noyabrın 8-də “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportic” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstana keçirmək istəyərkən saxlanılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Etikxeber.az