Sayt rəhbəri barəsində-CİNAYƏT İŞİ BAŞLANDI

Jurnalist Etibar Əliyev (Etibar Toğrul) barəsində cinayət işi başlanıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, jurnalist beş nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Əliyev Etibar Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq ilkin istintaq aparılıb.

Hazırda cinayət işi ilə bağlı toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Etibar Toğrul “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir.

Etikxeber.az

Read Previous

Bayramlarla əlaqədar qeyri-iş günləri məlum oldu-İYUN AYINDA

Read Next

“Azərbaycan və Türkiyənin əməkdaşlının möhkəmlənməsi təkcə iki qardaş ölkə üçün deyil, region üçün də əhəmiyyətli və faydalıdır”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir