Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurlu şəkildə davam edir.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, görüşlərinə ara verməyən deputatlığa namizəd daha bir neçə görüş keçirib və görüşləri də davam etməkdədir.
Bu görüşlərdən biri də Salatın Əsgərova küçəsində yerləşən məkanlardan birində 23 saylı Seçki Dairəsinin növbəti bir qrup sakini və seçicisi ilə baş tutub.
Görüşdə ziyalılar, gənclər, xanımlar iştirak ediblər.
Görüş çox səmimi və isti ortamda keçib.
Görüş zamanı deputatlığa namizəd qısaca olaraq, özü, gördüyü işlər, seçki platforması ilə bağlı məlumat verib, seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətindən bəhs edib.
Eyni zamanda, görüş zamanı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətdən, görülən işlərdən, atılan böyük addımlardan, islahatlar prosesindən və islahatların insanların həyatına müsbət təsirindən, paytaxt Bakının daha da müasirləşməsindən və gözəlləşməsindən danışlıb, minnətdarlıq ifadə olunub.
Görüş iştirakçıları da öz növbəsində Azərbaycan dövləti və dövlət rəhbərliyinin Azərbaycan xalqının mənafeyi naminə atdığı addımlarına görə, minnətdarlıqlarını, razılıqlarını bildirib, hər zaman dövlətin yanında olduqlarını dilə gətirib, seçkilərdə dövlətə və dövlətçiliyə sadiq layiqli insanlara səs verəcəklərini bəyan edib, deputatlığa namizədə xeyir-dualarını veriblər.
Bildiriblər ki, bu seçkilərdə də seçimləri Z. Səmədzadə olacaq, çünki parlamentə belə peşəkar, təcrübəli insanlar lazımdır.
Qeyd edək ki, Z. Səmədzadə görüş zamanı hər bir iştirakı ilə həm də fərdi qaydada söhbətləşib, onları dinləyib, tövsiyələrini verib.
Etikxeber.az