Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayon Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulunu həyata keçirdik. Görüş zamanı Bərdə sakinlərinin problemlərini diqqətlə dinləyib, müraciətlərini qeydə aldıq.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.
“Bəzi məsələlər aidiyyəti qurumlara yönləndirilməklə yerindəcə həllini tapmışdır. Seçicilərimizlə növbəti görüşlərimiz təmsil etdiyimiz ərazi üzrə kəndlərdə təşkil olunacaq. Qeyd etmək istəyirəm ki, seçicilərimizlə ünsiyyət qurmaq və onların problemləri ilə maraqlanmaq fəaliyyətimizin daima prioritet istiqaməti olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.
10:44
***
“Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndindən olan şəhidimiz Quluyev Mehman Telman oğlunun ad günüdür. Yaşasaydı qəhrəmanımızın 29 yaşı tamam olacaqdı. Mən də millət vəkili olaraq şəhidimizin doğum günündə onun ailəsinin yanında oldum”.
Bunu da F. Yıldırım deyib.
“Mehman cismən aramızda olmasa da, Qarabağımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlığı, onun əziz xatirəsi hər zaman yaşayacaq.Əminəm ki, şəhidimizin qızı körpə Damla balamızın xoşbəxt böyüməsi üçün dövlətimiz hər zaman dəstək olacaqdır və biz də öz növbəmizdə əlimizdən gələni əsirgəməyəcəyik.Allah şəhidlərimizə rəhmət eləsin! Məkanları cənnət olsun!”-deyə, o, sonra bildirib.
Etikxeber.az