Seçicilərin sayı, ən yaşlı kişi və qadın seçicinin adı, namizədlərin partiya mənsubiyyəti-AÇIQLANDI… – YENİLƏNİB – (1)

Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə seçici sayını açıqlayıb. 

Etikxeber.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında 5 milyon 329 min 460 seçicinin Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə səs verəcəyini bildirib.

MSK sədri həmçinin deyib ki, quruma daxil olan müraciətlərin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.

M. Pənahov bildirib ki, bu dövrdə 25 nəfərdən 9-nun namizədliyi MSK tərəfindən bərpa edilib, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib.

Ağır cinayətlərə görə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərin namizədliyinin qeydə alınması qanunvericiliyə görə mümkün olmayıb. 13 nəfərin namizədliyi isə əmlakla bağlı məlumatları səhv olduğuna görə qeydə alınmayıb.

Deputatlığa namizədliyi qeydə alınan şəxslərin 246 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizəddir.

Həmçinin, 305 nəfərin isə partiya mənsubiyyəti var.

***

Seçkilərdə 6189 nəfər ilk dəfə səs verəcək.

MSK sədri deyib ki, ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqədir.

 O, Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək

Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var.

99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.

“Seçkilərin təşviqat mərhələsində 5 namizədə ciddi xəbərdarlıq etmişdik”-deyən MSK sədri deyib ki, xəbərdarlığa əməl olunmasaydı, növbəti mərhələdə Baş Prokurorluğa müraciət olunacaqdı: “Xoşbəxtlikdən bu baş vermədi”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. 

***

“Sosial şəbəkələrdə təşviqat kampaniyası gedir”.

Bunu da M. Pənahov deyib.

MSK sədri sosial şəbəkələrlə mübarizənin qeyri-mümkün olduğunu bildirib:

“Təqvim planında göstərilənin əksinə seçkiqabağı təşviqat prosesi elə 5 dekabrdan başlayıb. MSK buna göz yumur. Biz buna görə heç nə itirməmişik. Cəmiyyət bunun sayəsində namizədlərlə təmasda olub”.

Etikxeber.az

Read Previous

Qar örtüyünün hündürlüyü 36 sm-ə-ÇATDI…

Read Next

“Namizədlərimizin sayı 23 deyil, 60-dır” – MÜSAVATDAN TƏKZİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir