Seçicilərindən Eldar İbrahimova-NÖVBƏTİ DƏSTƏK – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 4 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputatlığına namizədi Eldar İbrahimovun təbliğat-təşviqat  kampaniyası çərçivəsində partiya fəalları və seçicilərlə görüşü olub.

Etikxeber.az xəbər verir ki, görüşü giriş sözü ilə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli açaraq, 2020-ci il fevralın 9-da ölkə parlamentinə keçiriləcək seçkilərin əhəmiyyətindən danışıb, bu mühüm siyasi kampaniyada partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib.

Sonra Eldar İbrahimov çıxış edərək, mərhum Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən, 1990-cı illərin gərgin ictimai-siyasi proseslərindən, özünün partiyanın yaranması və fəaliyyətindəki iştirakından ətraflı bəhs edib.

Eldar İbrahimov ölkəmizin müstəqilliyin ilk illərindəki və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin ifadəsi kimi bugünkü inkişaf göstəricilərini əks etdirən faktlarla Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrün müqayisəli təhlilini aparıb.

Namizəd müstəqillik illərində, xüsusən son 25 ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, məhz YAP-ın iqtidarda olduğu dövrdə ölkəmizdə yaradılan dayanıqlı ictimai-siyasi sabitlik və uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası müstəqillik illərindəki bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edib. Eldar İbrahimov əmin olduğunu bildirib ki, Azərbaycan seçicisi fevralın 9-da ölkə parlamentinə keçiriləcək növbədənkənar seçkilərdə də Yeni Azərbaycan Partiyasının qələbəsi üçün öz səsini verəcək.

Daha sonra partiya fəallarının çıxışları olub. YAP Naxçıvan şəhər təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilatı sədrləri Anar Abuzərli və Könül Mirzəyeva çıxış edərək, uğurlu təşviqat kampaniyası münasibətilə Eldar İbrahimovu təbrik ediblər.

Çıxışlarda əminliklə vurğulanıb ki, böyük hissəsini Yeni Azərbaycan Partiyasının üzvlərinin təşkil etdiyi Naxçıvan şəhərinin seçiciləri seçki günü Eldar İbrahimova səs verməklə, partiyanın seçkilərdəki ümumi qələbəsinin təmin olunmasına töhfə verəcəklər.

Görüşdən sonra partiya fəalları və seçicilər Eldar İbrahimovla fərdi söhbətlər edib, fikir və təkliflərini bölüşüblər.

Etikxeber.az

Read Previous

“Kədərin kədərimizdir, qardaş Türkiyə!”” – XİN

Read Next

“Təhlükəsizlik və sülh məsələlərində aparıcı mövqedə olmaq istəyinizə görə ölkənizi təqdir edirəm” – NATO RƏSMİSİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir