Seçicilər Kamil Əliyeva ilə görüşdə nələrdən danışdılar? – FOTOLAR

KAMİLƏ ƏLİYEVA: Bütün aparılan islahatlar insanların sosial rifahının yüksəlməsinə xidmət edir…

111 saylı Zaqatala –Balakən Seçki Dairəsinin deputatı Kamilə Əliyeva növbəti dəfə seçicilərlə görüşüb.

Etikxeber.az xəbər verrir ki, bu dəfə Zaqatala rayonu Uzuntala, Balakən rayonu İtitalaKortala kəndlərinin sakinləri ilə görüşən millət vəkili seçicilərin problemlərini dinləyib.

Problemlərin bəziləri yerindəcə öz həllini tapıb, bəzilərinin həlli üçün isə müvafiq qurumlara müraciət olunacağı söylənilib. Görüşdə həmçinin millət vəkili son üç ay ərzində prezident İlham Əliyevin fərman və sərəncamlarını kənd əhalisinin nəzərinə çatdırıb.

Millət vəkili ölkə başçısının apardığı islahatlar haqqında seçicilərə geniş məlumat verib,  bildirib ki, bütün aparılan islahatlar insanların sosial rifahının yüksəlməsinə xidmət edir.

Buna əyani sübüt olaraq minimum əmək haqqlarının, pensiyaların, mədəniyyət işçilərinin əmək haqqlarının, tələbələrin təqaüdlərinin artırılması, problemli  kreditlərin silinməsi, şəhidlərin sığorta pulunun verilməsi, müharibə veteranlarının, əlillərin müavinətlərinin artırılması və  bir cox sahələrdə Azərbaycan vətəndaşının rifah halının yuksəldilməsi məqsədi ilə görülmüş işləri qeyd edib.

Sonda seçicilər adından çıxış edən kənd sakinləri cənab prezidentə öz təşəkkürlərini bildiriblər.

Daha sonra millət vəkili deputat ofisində də seçiciləri qəbul edib, onların problemlərini dinləyib.

IMG-20190318-WA0024

IMG-20190318-WA0023

IMG-20190318-WA0022

IMG-20190318-WA0021

IMG-20190318-WA0020

IMG-20190318-WA0018

IMG-20190318-WA0016 (1)

Etikxeber.az

Read Previous

“Nəsimi ili”ndə Nəsiminin qardaşına “münasibət” və ya… – FOTOLAR

Read Next

“Qüdrətli Azərbaycan abidəsi!” – JALƏ ƏLİYEVANIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir