“Seçicilərimin problemlərini qaldırmağa, ictimailəşdirməyə heç kim mane ola bilməz”-MİLLƏT VƏKİLİNDƏN YENİ ÇAĞIRIŞ

Mənə sizi narahat edən problemləri qaldırmağa, ictimailəşdirməyə heç kim mane ola bilməz, bu işdə ən böyük dəstəyim cənab Prezidentin siyasi iradəsi və bir də Sizin etimadınızdır.

Etikxeber.az xəbər verir ki, bunu seçicilərinə növbəti müraciətində millət vəkili Bəhruz Məhərrəmov deyib.

“İyun ayının 1-dən etibarən, köməkçilərim Nazir Məşədikərimli və Zamiq Mənsimli Biləsuvar şəhərində, Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini qəbul etməkdədir. Həftənin iş günləri müraciətlərinizi məzmunundan asılı olaraq yazılı və şifahi formada qeydə aldırmaqla onlara təqdim edə bilərsiniz. Mənə sizin müraciətlər barədə gündəlik məlumat verilir. Əmin ola bilərsiz ki, bizə ünvanlanmış heç bir müraciət aidiyyatı orqana yönləndirilməmiş qalmır. Yalnız son 20 gündə 3100-dən artıq müraciət qəbul etmişik”-deyən millət vəkili bildirib ki, hazırda həmin məlumatların araşdırılması prosesi gedir, problemlər qruplaşdırılır. Hazır olanlar artıq aidiyyatı strukturlara yönləndirilib, digərləri də yaxın günlərdə ünvanlanacaq.

“Hər bir müraciətə həssas yanaşırıq, bundan arxayın olun. Bir məqamı da nəzərə almağınızı xahiş edirəm, deputatın səlahiyyəti müraciətlərin aidiyyatı orqana çatdırılması və bu istiqamətdə sorğu verməkdən ibarətdir. Yəni, deputat hansısa icra orqanın əvəzinə cavabdeh olan şəxs deyil. Siz müraciət edirsiz, biz sorğusu veririk, əgər cavab bizi qane etməzsə, yaxud qaldırdığımız məsələyə diqqətsiz yanaşılarsa daha yuxarı orqana şikayət edəcəyik. Sizdən də xahişim budur ki, deputatdan gözləntiniz aydın olsun ki, Biləsuvarda 30 il sonra ilk dəfə qurulan deputat-seçici bağı qırılmasın.Biz üzərimizə düşəni edirik, edəcəyik də. Mənə sizi narahat edən problemləri qaldırmağa, ictimailəşdirməyə heç kim mane ola bilməz, bu işdə ən böyük dəstəyim cənab Prezidentin siyasi iradəsi və bir də Sizin etimadınızdır. Bizim birlikdə görüləcək çox işimiz var…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“O, bizim yaddaşımızda ilk şəhid baş nazir kimi qalıb”-GƏNC VƏ İCTİMAİL FƏAL KƏNAN HƏMZƏOĞLU YAZDI

Read Next

“İlk növbədə özümüz-özümüzün sağlamlığının qeydinə qalmalı, həm özümüzü qorumalı, həm də başqalarının həyatını risqə atmamalıyıq”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir